Astarada başına boru düşən Cəlilabad sakini ölüb
06 Sentyabr 2026, 12:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
663
16.06.2026, 22:58
Təhsildə yeni mərhələ: müəllim geyiminə dair qaydalar müəyyənləşdirilir
Təhsil sahəsində aparılan islahatlar hər zaman cəmiyyətin diqqət mərkəzindədir. Son dövrlər kurikulumların təkmilləşdirilməsi, müəllimlərin peşəkar inkişafı və sertifikasiya prosesi kimi daxili məzmuna yönəlmiş addımlar prioritet təşkil etsə də, pedaqoji mühitin vizual nizamı və korporativ mədəniyyəti də diqqətdən kənarda qalmır. Hazırda təhsilverənlər üçün geyimlə bağlı xüsusi hüquqi bazanın yaradılması istiqamətində işlər aparılır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Qoşqar Məhərrəmov bu dəyişikliyin idarəetmə və pedaqoji mühit baxımından əhəmiyyətini şərh edib.
“Hüquqi baza məktəb rəhbərliyinin işini asanlaşdıracaq”
Ekspert qeyd edib ki, məktəblərdə vahid geyim kodeksinin tətbiq olunması arzulanan bir haldır və bu istiqamətdə hüquqi əsasın yaradılması idarəçilər üçün böyük əhəmiyyət kəsb edir:
“Məktəb direktorları hansısa bir qanuna istinadən müəllimlərə istiqamət verə, yön verə bilərlər ki, bunu geyinmək olar, bunu geyinmək olmaz. Bu baxımdan geyimlə bağlı hüquqi bazanın olması təhsil idarəçilərinin işini xeyli asanlaşdıracaq. İdarəedicilərin qərar qəbul edə bilməsi və insanları lazımi şəkildə istiqamətləndirməsi üçün mütləq hüquqi baza lazımdır. Bu vaxta qədər belə bir tənzimləmənin olmaması bəlkə də bir qəbahət idi, çünki hər bir detallı fəaliyyətlə bağlı hüquqi çərçivə mövcud olmalıdır”.
“Demokratiya prinsipi bu məsələdə keçərli deyil"
Cəmiyyətdə "Peşəkar geyimin necə olmasını müəllimlər özləri təyin edə bilməzmi? Bu məsələdə onlara sərbəstlik verilsə, daha demokratik olmazmı?" kimi iradların səsləndiyini deyən Q.Məhərrəmov bu yanaşma ilə razılaşmadığını bildirib:
"Mən elə düşünmürəm. Çünki biz əvvəlcədən bilə bilmərik ki, hansı müəllim sabah məktəbdə özünü qeyri-adi bir formada ifadə edəcək. Bu dəyişiklik həm bəylər, həm də xanımlar üçün keçərlidir. Məktəblərdə siyasi, dini motivlər ehtiva edən simvollar, aksessuarlar, yaxud həddindən artıq açıq-saçıq geyimlər olmamalıdır. Bunun konkret bir çərçivəsi müəyyənləşməlidir ki, insanlar da geyimlərini bu qaydalara uyğun seçsinlər”.
“Ənənəyə qarşı çıxan halların qarşısı alınacaq”
Təhsil ekspertinin sözlərinə görə, Azərbaycanda müəllimlərin böyük əksəriyyəti onsuz da peşəkar və korporativ geyim üslubuna üstünlük verir. Lakin istisna halların tənzimlənməsi üçün qanunvericilik mütləqdir:
“Bəzən ümumi qəbul olunmuş ənənələrə qarşı çıxan, pedaqoji mühitə uyğun gəlməyən geyim formalarına rast gəlinir. Hüquqi baza bu cür halların qarşısını almağa imkan verəcək. Bu qanunvericilik məktəb rəhbərlərinin əlini gücləndirir və gələcəkdə yarana biləcək hər hansı anlaşılmazlıq zamanı rəsmi qaydalara istinad etmək imkanı yaradır”.
Qoşqar Məhərrəmov yekun olaraq vurğulayıb ki, geyimlə bağlı hüquqi əsasın yaradılması təhsildə yalnız vizual nizam yaratmaqla kifayətlənməyəcək, həm də məktəbdaxili nizam-intizamı və idarəetmə mexanizmini daha sağlam təməllər üzərində gücləndirəcək.
Çimnaz Telmanqızı
Həmçinin oxuyun
12:50 / 06 Sentyabr 2026
15
12:45 / 06 Sentyabr 2026
33
12:42 / 06 Sentyabr 2026
177
12:14 / 06 Sentyabr 2026
46
12:10 / 06 Sentyabr 2026
46
12:05 / 06 Sentyabr 2026
46
12:00 / 06 Sentyabr 2026
49
12:00 / 06 Sentyabr 2026
48
11:49 / 06 Sentyabr 2026
59
11:33 / 06 Sentyabr 2026
275
11:29 / 06 Sentyabr 2026
59
10:55 / 06 Sentyabr 2026
174
10:49 / 06 Sentyabr 2026
64
10:42 / 06 Sentyabr 2026
57
10:39 / 06 Sentyabr 2026
60
10:34 / 06 Sentyabr 2026
64
02:06 / 06 Sentyabr 2026
80
23:59 / 05 Sentyabr 2026
80
23:41 / 05 Sentyabr 2026
147
21:59 / 05 Sentyabr 2026
372
21:37 / 05 Sentyabr 2026
351
21:17 / 05 Sentyabr 2026
115
21:04 / 05 Sentyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.