Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?
27 İyul 2026, 15:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
508
16.06.2026, 19:28
Qadınlarda sonsuzluq uzun müddət hamiləliyin baş verməməsi ilə özünü göstərən və müxtəlif tibbi səbəblərlə bağlı ola bilən ciddi sağlamlıq məsələsidir. Bu vəziyyət çox vaxt ilkin mərhələdə açıq əlamətlərlə müşahidə olunmur və yalnız planlı hamiləlik cəhdlərinə baxmayaraq nəticə əldə edilmədikdə diqqət çəkir.
Oxu24.com bildirir ki, mövzu ilə bağlı ginekoloq Təranə Həsənova Demokrat.az-a bildirib ki, qadınlarda sonsuzluğun ilkin əlamətlərinin gec müəyyənləşdirilməsinin əsas səbəblərindən biri bir çox reproduktiv problemlərin uzun müddət simptomsuz keçməsidir:
"Əksər hallarda qadınlar yalnız hamilə qalmaqda çətinlik yaşadıqları zaman müayinəyə müraciət edirlər. Halbuki sonsuzluğa səbəb olan bəzi xəstəliklər illərlə gizli inkişaf edə bilər. Xüsusilə endometrioz, polikistik yumurtalıq sindromu və hormonal pozğunluqlar erkən mərhələlərdə ciddi narahatlıq yaratmaya bilər. Adət dövrünün nizamlı olması da hər zaman yumurtlamanın normal getdiyini göstərmir. Bəzi qadınlar regl ağrılarını və ya dövr pozğunluqlarını adi hal kimi qəbul etdiklərindən həkimə gec müraciət edirlər".
Həkim deyib ki, gündəlik stress, yuxu pozğunluğu və həyat tərzi faktorları da bəzi əlamətləri kölgədə qoya bilir:
"Sonsuzluğun ilkin əlamətləri arasında period dövrünün nizamsızlığı, çanaq nahiyəsində xroniki ağrılar, həddindən artıq qanaxmalar və hormonal dəyişikliklər yer ala bilər. Təkrarlanan düşük halları da diqqətlə araşdırılmalıdır. Erkən diaqnoz gələcəkdə reproduktiv funksiyanın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Müasir tibbdə sonsuzluğun bir çox səbəbləri vaxtında aşkarlanarsa, uğurla müalicə oluna bilir. Buna görə də hamiləlik planlaşdırılmasa belə, qadınların mütəmadi ginekoloji müayinələrdən keçməsi tövsiyə olunur.
Xüsusilə 35 yaşdan sonra reproduktiv potensialın təbii azalması nəzərə alınaraq, gecikmədən mütəxəssisə müraciət etmək vacibdir. Sağlam qidalanma, normal bədən çəkisinin qorunması və zərərli vərdişlərdən uzaq durmaq da reproduktiv sağlamlığa müsbət təsir göstərir. Hər hansı dəyişiklik və ya narahatlıq hiss edildikdə vaxt itirmədən ginekoloqa müraciət etmək gələcəkdə yaranacaq daha ciddi problemlərin qarşısını almağa kömək edə bilər. Reproduktiv sağlamlığın qorunması üçün profilaktik müayinələrin vaxtında aparılması böyük əhəmiyyət daşıyır",- deyə o qeyd edib.
15:21 / 27 İyul 2026
42
15:20 / 27 İyul 2026
41
15:17 / 27 İyul 2026
45
14:59 / 27 İyul 2026
55
14:34 / 27 İyul 2026
59
14:28 / 27 İyul 2026
56
14:04 / 27 İyul 2026
75
13:59 / 27 İyul 2026
77
13:55 / 27 İyul 2026
67
13:50 / 27 İyul 2026
82
13:47 / 27 İyul 2026
61
13:40 / 27 İyul 2026
89
13:30 / 27 İyul 2026
84
13:15 / 27 İyul 2026
81
12:59 / 27 İyul 2026
82
12:45 / 27 İyul 2026
75
12:45 / 27 İyul 2026
87
12:38 / 27 İyul 2026
87
12:30 / 27 İyul 2026
67
12:29 / 27 İyul 2026
74
12:25 / 27 İyul 2026
76
12:21 / 27 İyul 2026
70
12:15 / 27 İyul 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.