Ağır qəza: Yaralılar var
27 Sentyabr 2026, 23:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
558
16.06.2026, 17:16
Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, yüksəkixtisaslı ekspert kadrların hazırlanması və elmlə praktikanın vəhdətinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Nazirlikdən Oxu24.com-a verilən xəbərə görə, Memoranduma əsasən qurumlar məhkəmə ekspertizası sahəsində insan resurslarının hazırlanması, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, elmi-tədqiqat fəaliyyətinin təşviqi, innovativ texnologiyaların ekspertiza proseslərinə inteqrasiyası və birgə elmi nəşrlərin hazırlanması istiqamətlərində əməkdaşlıq edəcəklər.
Nazirlikdən Oxu24.com-a verilən xəbərə görə, Memoranduma əsasən qurumlar məhkəmə ekspertizası sahəsində insan resurslarının hazırlanması, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, elmi-tədqiqat fəaliyyətinin təşviqi, innovativ texnologiyaların ekspertiza proseslərinə inteqrasiyası və birgə elmi nəşrlərin hazırlanması istiqamətlərində əməkdaşlıq edəcəklər.
Əməkdaşlıq çərçivəsində Azərbaycan Texniki Universitetinin informasiya texnologiyaları, telekommunikasiya, maşınqayırma, metallurgiya, nəqliyyat, logistika və energetika ixtisasları üzrə təhsil alan tələbələri Məhkəmə Ekspertizası Mərkəzində təcrübə keçmək imkanı əldə edəcəklər, həmçinin müvafiq sahələr üzrə ekspertlərin hazırlanmasına yönəlmiş xüsusi təlim proqramları həyata keçiriləcəkdir. Eyni zamanda, məhkəmə-kompüter texniki ekspertizası, yol-nəqliyyat hadisələrinin ekspertizası, yanğın və texnoloji partlayışların tədqiqi kimi aktual istiqamətlər üzrə birgə elmi layihələrin və ixtisasartırma proqramlarının reallaşdırılması nəzərdə tutulur.
Memorandum, həmçinin məhkəmə ekspertizası sahəsində elmi biliklərin genişləndirilməsi, təhsil və praktika arasında əlaqələrin möhkəmləndirilməsi, gənc mütəxəssislərin ekspert fəaliyyətinə cəlb olunması və ölkədə ekspertiza fəaliyyətinin beynəlxalq standartlara uyğun inkişafına töhfə verəcək mühüm əməkdaşlıq platforması formalaşdırır.
Qeyd edək ki, Əməkdaşlıq Memorandumu Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”da nəzərdə tutulan tədbirlərin, o cümlədən məhkəmə eksperti ixtisası üzrə tələb olunan baza ali təhsil sahələrinin müəyyənləşdirilməsi və bu sahələr üzrə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi istiqamətində işlərin həyata keçirilməsi məqsədilə imzalanıb.
23:06 / 27 Sentyabr 2026
7
23:02 / 27 Sentyabr 2026
20
22:58 / 27 Sentyabr 2026
21
22:55 / 27 Sentyabr 2026
25
22:37 / 27 Sentyabr 2026
348
22:03 / 27 Sentyabr 2026
59
21:49 / 27 Sentyabr 2026
322
21:30 / 27 Sentyabr 2026
182
21:29 / 27 Sentyabr 2026
55
21:12 / 27 Sentyabr 2026
88
21:06 / 27 Sentyabr 2026
54
21:00 / 27 Sentyabr 2026
142
20:59 / 27 Sentyabr 2026
64
20:47 / 27 Sentyabr 2026
206
20:38 / 27 Sentyabr 2026
72
20:30 / 27 Sentyabr 2026
58
20:06 / 27 Sentyabr 2026
287
19:57 / 27 Sentyabr 2026
61
19:46 / 27 Sentyabr 2026
134
19:40 / 27 Sentyabr 2026
433
19:37 / 27 Sentyabr 2026
66
19:36 / 27 Sentyabr 2026
70
19:05 / 27 Sentyabr 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.