Qaynar xətt:

(+99450) 247 90 86

Mobil telefondan çox istifadə etməyin! – Alimlərdən XƏBƏRDARLIQ

Mobil telefondan çox istifadə etməyin! – Alimlərdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

832

02.08.2019, 09:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Əgər bir insan gündə 3 saatdan artıq davamlı olaraq smartfonda vaxt keçirirsə, onda piylənmə başlayır.
Oxu24.com “medicina.az”a istinadən xəbər verir ki, təcrübə üçün tələbələr arasında müşahidə aparılıb. 5 saat və daha artıq telefon istifadə edən tələbələrdə 43% daha çox piylənmə və kökəlmə problemləri başlayıb, nəinki az müddət istifadə edənlərdə.
Artıq çəkidən əziyyət çəkən 25% və tam piylənmədə diaqnozu olan 5% gənclər gündə 4-5 saatdan artıq telefonda vaxt keçirənlər idi. Alimlər bildirir ki, telefonda daha çox vaxt keçirdikcə gənclər az hərəkət edir, durğunluq yaranır, eləcə də internetdə nəyəsə baxdıqda daha çox qida, şirniyyat və şirin sular qəbul edirlər. Bu zaman iştaha nəzarət etmək olmur. Alimlər həyəcan təbili çalaraq, bu gənclərin gələcəkdə təkcə piylənmədən yox, diabet, ürək xəstəlikləri, xərçəngdən əziyyət çəkəcəyini bildirir. Eləcə də hava qaralanda, gecəyarı qaranlıq otaqda telefon ekranına baxmaq maddələr mübadiləsi və beyni pozur.