Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16370
az

17 min nəfərə ŞAD XƏBƏR - Prezident 18,7 milyon manat ayırdı

17:5701 Avqust, 2019
612
CƏMİYYƏT
  • A
 Prezident İlham Əliyev Ağdaş rayonunun Orta Qəsil–Şordəhnə–Qarağan Şıxlar–Kükəl–Ərəb–İkinci Aral avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu24.com-un xəbərinə görə, sərəncamda qeyd edilir ki, on yeddi min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Orta Qəsil–Şordəhnə–Qarağan Şıxlar–Kükəl–Ərəb–İkinci Aral avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18,7 milyon (on səkkiz milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gündə 10 dəqiqə: ürəyinizi xəstəliklərdən belə qoruyun
Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+