Qaynar xətt:

(+99450) 247 90 86

Tavada keksi belə hazırlayın - Usta öz sirlərini açır:

2019-08/1564659656_kek.jpg

CƏMİYYƏT

1088

01.08.2019, 15:39

\"\"  Tərkibi:
3 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1 paket vanilin, 1 stəkan süd, 1/2 stəkan duru yağ, 2 stəkan un, 3 yemək qaşığı kakao, 1 paket qabartma tozu Hazırlanma qaydası: Keksi hazırlayacağımız qaba yumurtanı, vanilini və şəkər tozunu əlavə edib, köpürüb, ağarana qədər çalırıq. Sonra içinə süd, duru yağ, un, kakao və qabartma tozunu əlavə edib qarışdırırıq. Keksi bişirəcəyimiz tavanı öncə yağlayaraq, üzərini unlayırıq və hazır olan xəmiri əlavə edib, qapağını örtürük. Qapağın dəlik hissəsini bağlayır və ocağın orta gözünə 4 qatlanmış falqa kağızını yerləşdiririk ki, keks yanmasın. Şirniyyatı ən zəif odda 40-45 dəqiqə bişiririk. Üzərini isə zövqə görə bəzəyib servis edirik.