Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16361
az

Bu günə olan HAVA PROQNOZU

14:3001 Avqust, 2019
832
CƏMİYYƏT
  • A
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Redaktor.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-27, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, lakin Böyük və Kiçik Qafqazın bəzi yerlərində yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 1-2-də Abşeron yarımadasında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gündə 10 dəqiqə: ürəyinizi xəstəliklərdən belə qoruyun
Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+