Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16335
az

Rusiya Azərbaycana torpaqları qaytarmağa imkan verməsə... - Ermənistanı çökdürəcək planın detalları

17:5431 İyul, 2019
843
CƏMİYYƏT
  • A
 
“Ermənistan ordusunun yalnız Qarabağ istiqamətində deyil, bütün təmas xətti boyunca problemlərini artırmaq lazımdır”.

Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, bu manevr nəticəsində Ermənistan ordusunun baş qərargah rəisi Artak Davtyan sərhədin Qazax istiqamətinə baş çəkmək məcburiyyətində qalıb: “İyulun 27 və 28-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətindən keçən hissəsində düşmən ordusunun iki əsgəri yaralanıb. Erməni gerenal sərhəddə əməliyyat şəraiti ilə tanış olub, mühəndis işlərinin görülməsi və mövqelərin möhkəmləndirilməsi barədə göstərişlər verib.

Ermənistanın müdafiə nazirinin müavini Qabriel Balayan sərhəddəki gərginliyi belə izah edib ki, hər iki tərəf yay aylarından istifadə edərək təmas xəttinə yaxın ərazilərdə mühəndis qurğularının gücləndirilməsinə çalışırlar və ona görə də ölümlə və yaralanmalarla nəticələnən toqquşmalar qeydə alınır. Bu yanaşmada həqiqət payı var. Ancaq məsələ yalnız mövqelərin gücləndirilməsi ilə əlaqəli deyil. Ermənistan hakimiyyəti anlamalıdır ki, işğal davam etdikcə onların problemi yalnız Dağlıq Qarabağda olmayacaq, Qazax və Tovuzdan başlayaraq Naxçıvana qədər sərhəddə onlara qarşı təzyiq artacaq. Bu günün reallığıdır. Əgər Rusiya Azərbaycana müharibə yolu ilə torpaqları azad etməyə imkan vermirsə, başqa yol lokal təzyiq və harda mümkündürsə irəriləmək imkanlarını hərəkətə gətirməkdir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda bəzi ərazilərdə SU OLMAYACAQ
Düyüdə olan bakteriya kişinin cinsi orqanını "ZƏHƏRLƏDİ"
Bu qidalar şəkər xəstələrinə xeyirlidir

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Xoruz davaya səbəb oldu - 3 nəfər bıçaqlandı