Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16280
az

İran Azərbaycana təşəkkür etdi

11:5630 İyul, 2019
728
CƏMİYYƏT
  • A
"İran səfirliyi İran dövləti adından dost və qardaş Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN), Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinə İranın Xəzər dənizində qəzaya uğramış "Şəbahəng" adlı gəmisinin heyətinə göstərdikləri təxirəsalınmaz və peşəkar yardıma görə öz minnətdarlığını bildirir”.

Oxu24.com xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən bildirilib:

"Bu humanitar addım, İran ilə Azərbaycan arasında əməkdaşlıq, dostluq və qardaşlıq simvolu sayılır. Eyni halda Xəzər dənizində fövqəladə və zəruri hallar zamanı əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu göstərir. İranın səfirliyi bir daha belə bir həssas əməliyyatda iştirak etmiş və insan itkisinin qarşısının alınmasında əməyi olmuş hər bir kəsə öz səmimi minnətdarlığını bildirir, iki qonşu və qardaş ölkə arasında səmimi əlaqələrin genişlənməsini arzulayır”.

Xatırladaq ki, iyulun 26-da Lənkəran limanı yaxınlığında qəzaya uğrayan İranın bayrağı altında üzən "Şəbahəng” quru - yük gəmisinin 9 nəfər şəxsi heyətinin FHN helikopterləri, Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi tərəfindən xilas edilməsi əməliyyatı uğurla başa çatdırılıb. "Şəbahəng” quru - yük gəmisində xilas edilən 9 nəfər heyət üzvü Bakıya gətirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda bəzi ərazilərdə SU OLMAYACAQ
Düyüdə olan bakteriya kişinin cinsi orqanını "ZƏHƏRLƏDİ"
Bu qidalar şəkər xəstələrinə xeyirlidir

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Xoruz davaya səbəb oldu - 3 nəfər bıçaqlandı