Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16275
az

Bakıda bəzi tanınmış istirahət mərkəzləri bağlanacaq

10:2930 İyul, 2019
925
CƏMİYYƏT
  • A
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xəzər dənizinin Bakı, Sumqayıt, şimal və cənubsahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirib və bundan əvvəl verilən məcburi göstərişlərin icra vəziyyəti yoxlayıb.

Oxu24.com "report"a istinadən xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimov jurnalistlərə açıqlamasında bildirib ki, reydlər zamanı Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən “Palma”, “Riverin”, “Ober Lyuks”,

“El Faro”, “Təhsil”, “Atlant” istirahət mərkəzlərində su təmizləyici qurğuların quraşdırıldığı, Sumqayıtda fəaliyyət göstərən “Dostluq”,

“Caspian Breeze”, “Şərur”, “Amore”, “Nicat”, “Freqat”, “Regnum”, “Röya”, “Turan”, “Təndir”, “Qala” istirahət mərkəzlərinin çirkab sularının mərkəzi kanalizasiya şəbəkəsinə qoşulduğu müəyyən olunub.

Xaçmaz rayonundakı “Çıraqqala”, “Jalə”, Sumqayıt şəhərindəki “Duyğu”, “Liman”, “Atlantida”, “Flaqman”, “Narınqala”, Balıqçı”, “Alma”, “Neptun, “Antalya”, “Qala”, Bakı şəhərindəki “Mirvari”,

“Riyad park”, “Caspian Beach”, “1001 gecə”, “Eldarado”, “Dostluq”, “Aquapark” istirahət mərkəzlərinə bir müddət əvvəl verilən “məcburi göstəriş”lərin tələbləri icra edilmədiyi üçün onların fəaliyyətlərinin dayandırılması ilə bağlı məhkəmə qarşısında vəsadət qaldırılıb.

Reydlər zamanıNabranda fəaliyyət göstərən “Lotos”, “Ulduz”,Sumqayıtda “Katamaran”, “Sahil”, “Diana”, Bakıda “Bizim sahil”, “Xəzər”, “Türkan”, “Simurq”,

“Voyage”, “Qala”və “Antalya” istirahət mərkəzlərində, Lənkəran-Astara zonasında isə “Dağlar oğlu”, “Həsirli”, “Su pərisi”, “Panorama” ictimai-iaşə obyektlərində də formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib və cavabdeh şəxslər barəsində akttərtib olunub.

Formalaşan tullantı sularının təmizlənməsi üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan “məcburi göstəriş”lər verilib Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

USAID rəhbəri yenidən İrəvanda
Sentyabrdan məktəblərdə şənbə günü də dərs olacaq? - AÇIQLAMA
Mağazadan alınan toyuqdan zəhərli maddələri çıxarmağın ÜSULU

Maradonanın qızından şok açıqlama: "Atamla danışıram"

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Köşkdən 75 ədəd lotereya bileti oğurlayan şəxs saxlanıldı -FOTO