Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16272
az

Xəzərə düşən MİQ-29 barədə YENİ XƏBƏR

09:4830 İyul, 2019
1022
CƏMİYYƏT
  • A
İyul ayının 24-ü axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin düşdüyü ərazi müəyyənləşib.

Oxu24.com "unikal.org-a"a istinadən xəbər verir ki, bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, bildirib ki, "Miq-29" təyyarəsi və onun pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin axtarışları istiqamətində işlər gedir:

"Axtarışlar hərtərəfli aparılır. Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin heyyəti axtarışlar aparırlar. Artıq "Miq-29" təyyarəsinin düşdüyü ərazi müəyyənləşib.

Dünən və bu gün axtarış istiqamətində işlər sürətləndirilib. Əvvəlki günlər küləkli hava şəraitinə görə, dənizin dalğalı olması səbəbindən axtarışlara çətinliklər yaradırdı. Ümid edirik ki, axtarışlar nəticə verəcək”.

Qabil Hüseynli axtarışlara müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsən nəzarət etdiyini deyib: "Cənab nazir hər gün sözügedən əraziyə gəlir. Öz tapşırıqlarını verir”.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ bu ölkələrin məhsullarına tariflər tətbiq edə bilər: martın 1-dən...
210 hotel bir hadisənin güdazına getdi -YENİLƏNDİ
Bu yolda məhdudiyyət aradan qaldırıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi