Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16257
az

Yol polisi sürücülərin cərimələrini bağışladı

16:5829 İyul, 2019
862
CƏMİYYƏT
  • A
 Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sarı zolaq qadağası ilə bağlı sürücülərə güzəşt edib.


Oxu24.com Avtosfer.az-a istinadla xəbər verir ki, Bakı-2019 - XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq iyulun 20-dən tətbiq olunan sarı zolaq qadağası artıq başa çatıb. Bakının bəzi küçə və prospektlərində qoyulan sarı zolaq qadağası bir çoxlarına narahat edirdi.


İndiyədək heç kim cərimə bildirişi almadığı üçün yol polisi tərəfindən cərimə yazılıb-yazılmaması sual doğururdu. Nəhayət, bu gün məlum olub ki, yol polisi yarış günlərində sarı zolağa daxil olan sürücülərə güzəşt edib və heç bir sürücüyə cərimə yazılmayıb, elektron qərar tətbiq edilməyib.

Bunu Avtosfer.-az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov da təsdiq edib. Lakin o bildirib ki, cərimə olunan bir neçə sürücü var, amma onların sayı kifayət qədər azdır:

“Yol polisi yarışların təhlükəsiz, rahat keçməsini, sürücülərimizin isə sarı zolaq qadağasına əməl edərək həmrəylik nümayiş etdirməsini nəzərə alaraq onlara elektron qərar tətbiq etməyəcək. Yalnız bir neçə sürücü cərimə olunub ki, onlar da idmançılar patrul maşını ilə müşaiyət olunarkən kobud şəkildə avtomobil karvanının qarşısına çıxanlar, onlara yol verməyənlər, yəni, sarı zolağı boşaltmayan sürücülərdir”.


Yol polisi sarı zolağa daxil olan sürücülərin sayının az olduğunu bəyan edib. Vaqif Əsədov bildirib ki, əvvəlki illərin təcrübəsi özünü bir daha göstərdi:
“Yol polisi olaraq sürücülərimizə təşəkkür edirik ki, həmrəylik göstərdilər və qaydaları pozmadılar. Müəyyən səbəblərdən qayda pozanları isə biz bağışladıq. Bir daha deyirəm, sarı zolağa daxil olduğu üçün çox az sürücüyə cərimə tətbiq edilib”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ bu ölkələrin məhsullarına tariflər tətbiq edə bilər: martın 1-dən...
210 hotel bir hadisənin güdazına getdi -YENİLƏNDİ
Bu yolda məhdudiyyət aradan qaldırıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi