Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16253
az

Xəzərə düşən MİQ-29-un yeri MÜƏYYƏNLƏŞDİ

14:1629 İyul, 2019
576
CƏMİYYƏT
  • A
İyul ayının 24-ü axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin düşdüyü ərazi müəyyənləşib.
"Oxu24.com" xəbər verir ki, bunu Unikal.org-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, bildirib ki, "Miq-29" təyyarəsi və onun pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin axtarışları istiqamətində işlər gedir:

"Axtarışlar hərtərəfli aparılır. Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin heyyəti axtarışlar aparırlar. Artıq "Miq-29" təyyarəsinin düşdüyü ərazi müəyyənləşib. Dünən və bu gün axtarış istiqamətində işlər sürətləndirilib. Əvvəlki günlər küləkli hava şəraitinə görə, dənizin dalğalı olması səsəbindən axtarışlara çətinliklər yaradırdı. Ümid edirik ki, axtarışlar nəticə verəcək”.
Qabil Hüseynli axtarışlara müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsən nəzarət etdiyini deyib: "Cənab nazir hər gün sözügedən əraziyə gəlir. Öz tapşırıqlarını verir”.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qulaqdakı cingiltili ağrının SƏBƏBLƏRİ - Bunları etməyin
Əməkdar artist əməliyyat olundu
“Neft Daşları”nda sızma baş verdi - SOCAR-dan açıqlama

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi