Sanki heç vaxt 30 yaşına çatmayacaqsınız kimi düşünürsünüz. Amma zaman qəddardır və gözünüzü yumub-açana qədər üçüncü onilliyi başa vurduğunuzu görürsünüz.
Lakin məsələ zamanın su kimi axıb keçməsini bilməkdə deyil. Artıq 30 yaşa çatdığınızda bəzi vərdişlərinizdən əl çəkməlisiniz.
Oxu24.com bu vərdişlərlə sizi tanış edir.
Kredit kartı limitini doldurmaq
Kredit kartını aldıqdan sonra sanki pul xərcləmirmiş kimi alış-veriş edirsiniz. Daha sonra ödəmə günü gələndə krediti ödəyən zaman acı gerçəklə qarşılaşırsınız. 30 yaşdan sonra kredit kartından sadəcə ehtiyacınız olduğunda istifadə etməyə öyrəşməlisiniz.
Həkimə getməkdən boyun qaçırmaq
23 yaşında olan hər insan yüksək metabolizmə və güclü immun sisteminə sahibdir. Buna görə asanlıqla xəstəliyə yoluxmaz və sağlamlığı üçün pul ödəmək istəməz. Məhz 30 yaşdan sonra sağlamlığın qayğısına ciddi şəkildə qalmalı və lazımi müayinələrdən keçməlisiniz.
İdman etməmək
Sağlam həyat tərzinə sahib olmaq və enerjinizi qorumaq üçün idmanı gündəlik məşğuliyyətlərə əlavə etməlisiniz. Tez hazırlanan küçə yeməkləri və sağlam olmayan çərəzləri həyatınızdan çıxarın. Çünki uzun və sağlam yaşamağın sirri saölam qidalardadır.
Bütün pulunuzu bir yerdə saxlamaq
Bank işləri, kommunal ödəmək və transfer etmək kimi bir çox işlər görürsünüz, amma kartınızı itirsəniz, ehtiyacınız olan şeyləri həyata keçirməkdə çətinlik çəkə bilərsiniz. Buna görə pulunuzu eyni kartda və ya eyni yerdə saxlamayın.
Mobil telefona həddən artıq zaman xərcləmək
1990-2000-ci illərdə doğulanlar üçün mobil telefonsuz həyat vazkeçilməz olsa da, hər insan telefonla arasına məsafə qoymalıdır. Bu durum həm iş həyatınızda, həm sosial münasibətlərinizdə inkişaf etməyinizi təmin edəcək. Dostlarınız və ailənizlə çox zaman keçirməyə diqqət göstərin.
Təhsili təxirə salmaq
Universitet oxumaq məsələsi getdikcə daha çox tələb qazanır. Hələ də karyeranızda uğur əldə etmək istəyirsinizsə, buna təhsilinizdən başlayın. Oxu24.com
ŞƏRHLƏR