8 Noyabr prospektində təmir aparılacaq - Sürücülərin nəzərinə!
13 Sentyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1395
29.05.2026, 14:47
“Tramp Yolu”ndan ən böyük qazanan Azərbaycan olur: Bakı dünyanın yeni logistika patronuna ÇEVRİLİR? — ŞƏRH
Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar regionun logistik xəritəsini yenidən cızır. Xüsusilə ABŞ Prezidenti Donald Trampın Ermənistan baş naziri Nikol Paşinyana seçkiqabağı dəstək bəyanatlarında səsləndirdiyi fikirlər və Zəngəzur dəhlizinin beynəlxalq miqyasda “Beynəlxalq Sülh və Rifaha Doğru Tramp Yolu” (TRIPP) layihəsi kimi təqdim olunması diqqəti yenidən Azərbaycanın üzərinə çəkir.
Mövzu ilə bağlı politoloq Tural İrfan Oxu24.com-a açıqlamasında qeyd edir ki, ABŞ enerji nəhənglərinin Orta Asiyadan birbaşa çıxışını hədəfləyən bu layihə Azərbaycanın strateji əhəmiyyətini birmənalı olaraq ən yüksək səviyyəyə qaldırır.
Bəs bu qlobal layihə Azərbaycanın mövqeyini konkret olaraq hansı istiqamətlərdə gücləndirir?
Politoloq bildirir ki, Donald Trampın açıqlamasında ən mühüm məqam Amerika enerji şirkətlərinin Mərkəzi Asiya resurslarına çıxışının təmin edilməsidir. “Coğrafi mövqeyə nəzər salsaq, bu resursların Xəzər dənizi üzərindən Qərbə, oradan isə qlobal bazarlara daşınması üçün yeganə təhlükəsiz və rentabelli quru marşrutu məhz Azərbaycandır. Zəngəzur dəhlizi (“Tramp Yolu”) vasitəsilə Mərkəzi Asiya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə inteqrasiya olunur. Bu isə o deməkdir ki, Azərbaycan sadəcə regional oyunçu deyil, qlobal enerji təhlükəsizliyinin əsas tranzit qovşağına çevrilir”.
Onun sözlərinə görə, Azərbaycan 2020-ci ildən bəri Zəngəzur dəhlizinin açılmasını regional sülhün və iqtisadi inteqrasiyanın əsas şərti kimi irəli sürürdü:
“Layihənin ABŞ tərəfindən rəsmən dəstəklənməsi və Vaşinqtonun vasitəçiliyi ilə sülh sazişinin mühüm komponentinə çevrilməsi Bakının uzunmüddətli diplomatik uğurudur. İdeyaya qarşı çıxan regional qüvvələrin (məsələn, İran və Fransa) təzyiqləri qarşısında ABŞ-ın bu dəhlizə qlobal iqtisadi və siyasi zəmanət verməsi Azərbaycanın həm təhlükəsizliyini, həm də toxunulmazlığını artırır”.
T.İrfan vurğulayır ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün sadəcə xarici investisiya demək deyil. Bu həm də ölkənin əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə, eləcə də qardaş Türkiyə ilə birbaşa və maneəsiz quru nəqliyyat xəttinin bərpasıdır. Bu reallıq bütövlükdə Türk dünyasının coğrafi və iqtisadi baxımdan birləşməsini təmin edir ki, burada da moderator rolunu birbaşa Azərbaycan öz üzərinə götürür:
“ABŞ-nin layihədə eksklüziv iqtisadi maraqlarının olması bölgəyə milyardlarla dollar həcmində yeni investisiyaların axınını stimullaşdıracaq. Bu isə Cənubi Qafqazda birtərəfli hərbi-siyasi təsir cəhdlərini iqtisadi maraqların balansı ilə əvəzləyir”.
Politoloq həmçinin, onu da əlavə edib ki, Donald Trampın bəyan etdiyi "Beynəlxalq Sülh və Rifaha Doğru Tramp Yolu" əslində Azərbaycanın illərdir apardığı strateji və prinsipial siyasətin qlobal miqyasda qəbul olunmasının bariz nümunəsidir. Ermənistanın bu layihəyə razılıq verməsi və ABŞ-ın prosesə birbaşa rəhbərlik etməsi regionu müharibə ritorikasından tamamilə çıxararaq böyük iqtisadi inkişaf mərhələsinə daşıyır:
“Bu böyük geosiyasi və iqtisadi tənlikdə əsas rolu oynayan, təşəbbüskar qismində çıxış edən Azərbaycan öz strateji çəkisini daha da möhkəmləndirir və bölgənin əvəzedilməz güc mərkəzi olduğunu bir daha sübut edir”.
Çimnaz Telmanqızı
00:51 / 13 Sentyabr 2026
78
00:35 / 13 Sentyabr 2026
402
00:14 / 13 Sentyabr 2026
897
00:06 / 13 Sentyabr 2026
374
23:49 / 12 Sentyabr 2026
93
23:38 / 12 Sentyabr 2026
176
23:34 / 12 Sentyabr 2026
116
23:31 / 12 Sentyabr 2026
89
22:35 / 12 Sentyabr 2026
91
22:31 / 12 Sentyabr 2026
80
22:26 / 12 Sentyabr 2026
133
22:25 / 12 Sentyabr 2026
240
22:22 / 12 Sentyabr 2026
102
22:14 / 12 Sentyabr 2026
103
22:13 / 12 Sentyabr 2026
779
22:02 / 12 Sentyabr 2026
691
21:52 / 12 Sentyabr 2026
183
21:34 / 12 Sentyabr 2026
373
21:25 / 12 Sentyabr 2026
3345
21:20 / 12 Sentyabr 2026
87
21:14 / 12 Sentyabr 2026
99
21:05 / 12 Sentyabr 2026
81
20:48 / 12 Sentyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.