Zeytunsevənlər üçün yaşıl işıq - Bakıda bayram
03 Oktyabr 2026, 22:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1536
29.05.2026, 11:05
Görkəmli alim və pedaqoq, fizika-riyaziyyat elmləri namizədi, dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi, Gəncə Dövlət Universitetinin fəxri professoru Nüyvər Loğman oğlu Nəsrullayev vəfat edib.
Oxu24.com xəbər verir ki, Gəncə Dövlət Universitetinin fəxri professoru uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Nüyvər Nəsrullayev 1939-cu ilin martın 8-də Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.
O, 1958-ci ildə Nuxa rayonu Oxud kənd orta məktəbini qızıl medalla bitirib.
Nüyvər Nəsrullayev 1958–1962-ci illərdə o vaxtkı Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) fizika-riyaziyyat fakultəsində təhsil alıb və institutu fərqlənmə diplomu ilə bitirib. O, 1969–1972-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında oxuyub, 1974-cü ildə Kazan Dövlət Universitetində professor Şirokovun rəhbərliyi ilə “Psevdoevklid fəzasının diferensial həndəsəsi haqqında” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Onun elmi fəaliyyəti əsasən diferensial həndəsə və psevdoevklid fəzalarının tədqiqi ilə bağlı olub. Nüyvər Nəsrullayevin gərgin elmi-pedaqoji fəaliyyəti olub. O, ömrünü elmə, təhsilə və gənc nəslin yetişdirilməsinə həsr etmiş ziyalılardan olub.
Nüyvər Nəsrullayev 1962 – 1964-cü illərdə Nuxa rayonunun Cəyirli kənd məktəbində, 1964 – 1966–cı illərdə isə Nuxa şəhər 2 nömrəli orta məktəbində fizika və riyaziyyat müəllimi vəzifəsində çalışıb.
O, uzun illər ərzində Gəncə Dövlət Universitetində müəllim, dosent, kafedra müdiri, fakultə dekanı, prorektor kimi çalışıb.
Nüyvər Nəsrullayev 1977–1985-ci və 2000–2011-ci illərdə GDU-nun “Həndəsə və cəbr” kafedrasına rəhbərlik edib, 1985–1998-ci illərdə isə riyaziyyat-informatika fakultəsinin dekanı olub.
Nüyvər Nəsrullayev GDU-də ali həndəsə, analitik həndəsə və diferensial həndəsə fənlərini tədris edib.
O, “Həndəsənin əsasları”,“Qraflar”, “Həndəsə məsələləri”, “Qurmalar həndəsəsinin əsasları” kimi dəyərli dərs vəsaitlərinin müəllifidir.
2009-cu ildə Azərbaycan Respublikası Prezident İlham Əliyev tərəfindən ona Nüyvər Nəsrullayevə “Əməkdar müəllim” fəxri adı verilib, 2016-cı ildə isə o, GDU-nun “Fəxri professoru” adına layiq görülüb.
Allah rəhmət eləsin.
00:16 / 04 Oktyabr 2026
49
23:56 / 03 Oktyabr 2026
46
23:26 / 03 Oktyabr 2026
53
22:53 / 03 Oktyabr 2026
55
22:48 / 03 Oktyabr 2026
59
22:41 / 03 Oktyabr 2026
69
22:29 / 03 Oktyabr 2026
65
22:13 / 03 Oktyabr 2026
104
22:08 / 03 Oktyabr 2026
75
21:24 / 03 Oktyabr 2026
71
21:09 / 03 Oktyabr 2026
82
20:57 / 03 Oktyabr 2026
104
20:51 / 03 Oktyabr 2026
87
20:38 / 03 Oktyabr 2026
89
20:27 / 03 Oktyabr 2026
503
20:14 / 03 Oktyabr 2026
87
20:03 / 03 Oktyabr 2026
379
19:52 / 03 Oktyabr 2026
488
19:51 / 03 Oktyabr 2026
111
19:46 / 03 Oktyabr 2026
70
19:34 / 03 Oktyabr 2026
71
19:34 / 03 Oktyabr 2026
70
19:25 / 03 Oktyabr 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.