Selincer: özündən gizlənərək əfsanəyə çevrilən yazıçı
17 Avqust 2026, 15:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3106
28.05.2026, 17:43
İyunun 2-də regionun ən böyük strateji layihələrindən biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin rəsmi açılış mərasimi keçiriləcək. Gürcüstanın Axalkalaki stansiyasında baş tutacaq tarixi tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxslərinin iştirakı gözlənilir. 2017-ci ildən test rejimində fəaliyyət göstərən, ümumi uzunluğu 827 kilometr olan bu nəhəng magistralın modernləşdirilməsi prosesi uğurla başa çatıb və xəttin illik yükdaşıma qabiliyyəti modernizasiya işlərindən sonra 1 milyon tondan 5 milyon tona qədər yüksəldilib. Layihənin Gürcüstan hissəsinin tikintisi bütövlükdə Azərbaycan tərəfindən maliyyələşdirilib.
Bəs Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi istismara verilməsi Azərbaycanın regiondakı tranzit və logistika imkanlarını nə dərəcədə gücləndirəcək? Bu strateji gediş ölkəmizə hansı iqtisadi üstünlükləri qazandıracaq?
Mövzu ilə bağlı Oxu24.com-un suallarını sosial məsələlər üzrə ekspert İlqar Hüseyli cavablandırıb.
“Bakı-Tbilisi-Qars regional gücümüzü və logistik üstünlüklərimizi artırır”
Ekspert bildirir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Azərbaycanın regional gücünü kifayət qədər artıracaq:
“Bu layihə həm logistika üstünlüyü baxımından, həm də yüklərin tranzitinin həlledici şəkildə Azərbaycan üzərindən daşınması kontekstində ölkəmizin mövqelərini mühüm dərəcədə möhkəmləndirir”.
İlqar Hüseynov bildirib ki, layihənin işə düşməsi ölkə daxilində, xüsusən də regionlarda yeni infrastruktur dalğasına təkan verəcək:
"Hesab edirəm ki, bu xəttin fəaliyyəti fonunda Azərbaycanın Qərb regionunda – xüsusilə Tovuz, Qazax və Ağstafa bölgələrində böyük logistik mərkəzlər tikiləcək. Eyni zamanda, yükdaşıma məqsədli yüklərin saxlanılması və daşınması üçün müasir anbarlar inşa ediləcək. Bu isə birbaşa həmin regionun iqtisadi gücünün artmasına gətirib çıxaracaq”.
Ekspert BTQ xəttinin dəniz infrastrukturu ilə sintezinə xüsusi diqqət çəkib. Onun sözlərinə görə, Ələtdə inşa edilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzəryanı ölkələri – Qazaxıstan, İran, Türkmənistan və Həştərxan üzərindən Rusiyanı əhatə edən çox ciddi bir qovşaqdır:
"Ələt Dəniz Limanının imkanlarının Bakı-Tbilisi-Qars quru dəmir yolu xəttinə inteqrasiya olunması hər iki strukturun potensialını maksimuma çatdıracaq. Bu inteqrasiya Xəzəryanı ölkələrin dəmir yolu nəqliyyat sistemini özündə birləşdirərək Avropaya, Türkiyəyə və hətta deyərdim ki, Çinə qədər uzanan böyük bir quru yol logistik mərkəzinin formalaşmasına şərait yaradacaq. Bu böyük quru yol şəbəkəsinin mərkəzində dayanan əsas ölkə isə məhz Azərbaycandır. Xatırladaq ki, vaxtilə yükdaşıma qabiliyyəti 1 milyon ton idisə, yeni texnoloji proseslərin tətbiqi ilə bu güc 5 milyon tona qədər qaldırılıb ki, bu da tranzit gəlirlərinin artımında mühüm rol oynayacaq”.
İlqar Hüseynov vurğulayıb ki, BTQ layihəsi Azərbaycanı Mərkəzi Avropanı, Mərkəzi Asiyanı və Xəzər regionunu birləşdirən ən üstün geosiyasi və iqtisadi duruma gətirib çıxarır. O, bu prosesin gələcək hədəflərlə bağlılığını belə izah edib:
"Azərbaycanın beynəlxalq aləmdə kifayət qədər güclənməsi, nəticə etibarilə bizim ən əsas hədəfimiz olan Zəngəzur dəhlizinin açılmasına və buradakı proseslərə də müsbət təsir edəcək. Zəngəzur dəhlizi vasitəsilə quru yükdaşımalarının Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə inteqrasiyası gözlənilir. Bu gözləntilərin reallaşması Azərbaycanda həm tranzitdən gələn gəlirlərin artmasına gətirib çıxaracaq, həm də Cənubi Qafqazda ölkəmizin mövqelərinin güclənməsinə çox ciddi şəkildə təsir göstərəcək”.
Çimnaz Telmanqızı
15:32 / 17 Avqust 2026
1
15:30 / 17 Avqust 2026
16
15:18 / 17 Avqust 2026
29
15:09 / 17 Avqust 2026
34
15:05 / 17 Avqust 2026
33
14:59 / 17 Avqust 2026
60
14:47 / 17 Avqust 2026
175
14:45 / 17 Avqust 2026
63
14:44 / 17 Avqust 2026
63
14:36 / 17 Avqust 2026
68
14:33 / 17 Avqust 2026
70
14:30 / 17 Avqust 2026
68
14:15 / 17 Avqust 2026
63
13:59 / 17 Avqust 2026
89
13:56 / 17 Avqust 2026
62
13:53 / 17 Avqust 2026
74
13:52 / 17 Avqust 2026
84
13:50 / 17 Avqust 2026
73
13:40 / 17 Avqust 2026
71
13:37 / 17 Avqust 2026
67
13:24 / 17 Avqust 2026
99
13:22 / 17 Avqust 2026
78
13:21 / 17 Avqust 2026
57
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.