Sahil Babayevdən AÇIQLAMA:2030-cu ilə hədəf ...
11 Noyabr 2026, 11:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
641
28.05.2026, 11:29
Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub.
Oxu24.com-un məlumatına görə, tədbirdə Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk, Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müavini İqor Jovkva, nazirlər, deputatlar, Kiyevdəki xarici ölkələrin səfirliklərinin nümayəndələri, ictimai-siyasi xadimlər, universitet rəhbərləri və diaspor fəalları iştirak ediblər.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev təqdimat edərək bildirib ki, 108 il əvvəl 28 may 1918-ci ildə müsəlman şərqində ilk dünyəvi parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsi ilə elan edilib:
"Bu, sadəcə, yeni bir dövlətin bəyannaməsi deyildi. Bu, azadlıq, plüralizm, bərabərlik və demokratik idarəetməyə əsaslanan gələcəyə yönəlmiş siyasi mədəniyyətin təzahürü idi. Bu Şərqdə demokratik idarəetmənin qabaqcıl nümunəsinə çevrilib. 108 il sonra, bu gün Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında Azərbaycan suverenliyə, ərazi bütövlüyünə, iqtisadi inkişafa və konstruktiv beynəlxalq tərəfdaşlığa qətiyyətlə sadiq qalan güclü, müstəqil və beynəlxalq səviyyədə nüfuzlu bir dövlət kimi tanınır", - deyə səfir əlavə edib.
Ukrayna Ali Radası adından təbriklərini çatdıran spikerin müavini Olena Kondratyuk isə çıxışında bildirib ki, Ukrayna və Azərbaycan strateji tərəfdaşdırlar:
"Biz tarixin, ortaq çağırışların və qarşılıqlı dəstəyin birləşdirdiyi dostuq. Biz Azərbaycana göstərdiyi humanitar yardıma, enerji sektorumuza verdiyi dəstəyə, dağılmış infrastrukturun bərpasına görə minnətdarıq", - deyə Olena Kondratyuk əlavə edib.
Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müavini İqor Jovkva isə çıxışında qeyd edib ki, hələ 1918-1920-ci illərdə Ukrayna Xalq Respublikası və Azərbaycan Demokratik Respublikası iki gənc müstəqil dövlət kimi diplomatik münasibətlər qurub və əməkdaşlıq inkişaf etdirib:
"Bütün çətinliklərə baxmayaraq, biz bu dostluğu qoruyub saxlamışıq. Ukraynanın enerji infrastrukturunun bərpasında göstərdiyiniz dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Bu yardımın ümumi dəyəri 2022-ci ildən bəri artıq 12 milyon dolları keçib", - İqor Jovkva vurğulayıb.
Daha sonra Azərbaycanın təbiətini, mədəniyyətini və incəsənətini təcəssüm etdirən videoçarx nümayiş olunub.
Xüsusi guşədə Azərbaycan istehsalı olan məhsulların təqdimatı da baş tutub.


11:28 / 11 Noyabr 2026
1
11:16 / 11 Noyabr 2026
155
11:13 / 11 Noyabr 2026
54
11:11 / 11 Noyabr 2026
68
11:06 / 11 Noyabr 2026
69
10:56 / 11 Noyabr 2026
217
10:51 / 11 Noyabr 2026
89
10:48 / 11 Noyabr 2026
73
10:45 / 11 Noyabr 2026
87
10:33 / 11 Noyabr 2026
86
10:19 / 11 Noyabr 2026
88
10:13 / 11 Noyabr 2026
85
10:10 / 11 Noyabr 2026
86
10:10 / 11 Noyabr 2026
249
10:09 / 11 Noyabr 2026
144
09:56 / 11 Noyabr 2026
81
09:37 / 11 Noyabr 2026
867
09:35 / 11 Noyabr 2026
119
09:29 / 11 Noyabr 2026
94
09:25 / 11 Noyabr 2026
103
09:24 / 11 Noyabr 2026
88
09:22 / 11 Noyabr 2026
122
09:20 / 11 Noyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.