Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16172
az

Pomidorun qiyməti 20 faiz ucuzlaşdı

19:5626 İyul, 2019
897
CƏMİYYƏT
  • A
Oxu24.com xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin apardığı monitorinq nəticəsində pomidorların qiymətinin 20 faizdən çox ucuzlaşdığı məlum olub:

"Qiymətin aşağı düşməsi açıq sahələrdə yetişdirilən pomidorların bazara kütləvi şəkildə çıxarılması ilə bağlıdır. Azərbaycanda 2019-cu ildə 650 min ton pomidorun yetişdirilməsi nəzərdə tutulub. Daxili tələbatın 400 min ton olduğunu nəzərə alsaq, görərik ki, bu il üçün yetişdirilən pomidor daxili tələbatdan təxminən 50 faiz çoxdur. Bu da təbii ki, qiymətlərə təsir göstərir. Fermerlərlə apardığımız söhbətlərdən də aydın olur ki, növbəti mərhələdə daha çox sahə pomidorlarının bazara çıxarılacağı gözlənilir. Buna görə pomidorun qiymətinin daha da ucuzlaşacağı istisna edilmir".

V.Bayramov qeyd edib ki, bu il hava şəraiti ilə əlaqədar açıq sahədə əkilən pomidorun yığımı ləngimişdi. Buna görə də pomidorun qiymətində artım müşahidə edilmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Emin Xəzər dənizində “yaşıl şəhər” tikəcək -FOTO
Sabah yağış yağacaq, şimşək çaxacaq
Elm adamlarından qorxulu xəbərdarlıq: Qiyamət yaxınlaşır

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Oğlu öldürülən anaya verilişə çıxdığına görə- Xəbərdarlıq