Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentdən yeni SƏRƏNCAM

2019-07/1564151962_ilham-eliyev-0-0.jpg

CƏMİYYƏT

898

26.07.2019, 18:39

\"\" Prezident İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Müsabiqənin keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb: Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Təşkilat Komitəsinin üzvləri Mikayıl Cabbarov– Azərbaycan Respublikasının vergilər naziri Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri Sahil Babayev– Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Ələkbərov– Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Ülvi Quliyev– Azərbaycan Respublikası Milli Məclisin deputatı Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.