Qaynar xətt:

(+99450) 247 90 86

Bakı metrosunda qatarda texniki problem yaranıb

2019-07/1564129897_met.jpg

CƏMİYYƏT

749

26.07.2019, 12:30

\"\" Bu gün saat 10:35-də \"Bakı Metropoliteni” QSC-nin \"Qara Qarayev” stansiyasında qatarda texniki problem yaranıb.
Bununla bağlı xəbəri qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib. Onun sözlərinə görə, hadisə \"Həzi Aslanov” - \"Dərnəgül” xətti üzrə hərəkət edən qatarda qeydə alınıb. Sərnişinlər dərhal vaqonlardan çıxarılıb və qatar depoya göndərilib. Əvəzində xəttə köməkçi qatar buraxılıb. Hadisə iki qatar arasında təxminən 11 dəqiqə interval yaradıb.