Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda pulsuz çimərliklər yaradılır - SİYAHI

2019-07/1564125806_szfsf.png

CƏMİYYƏT

927

26.07.2019, 11:51

\"\" Bakı şəhərində çimərlik mövsümündə vətəndaşlardan daxil olmuş müraciətlər, onların istək və arzuları nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının tapşırıqlarına əsasən paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən Day.Az-a verilən məlumata görə, ilkin mərhələdə bu çimərliklər Səbail rayonu \"Şıx\" ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran, ümumilikdə 7 ərazidə yaradılacaq. Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək.