Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16150
az

Azərbaycanda səhralaşma yayılır - Külək quraqlıq gətirir, ciddi fəsadları olacaq

09:4126 İyul, 2019
534
  • A
 Son vaxtlar hökm sürən küləkli hava şəraiti ilə əlaqədar olaraq qarşıda quraqlığın olması gözləniləndir.

Bunu Oxu.Az-a açıqlmasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib.

R.Məmmədov quraqlığa iqlim dəyişmələrinin səbəb olduğunu vurğulayıb:

“Belə ki, Abşeronda, ümumiyyətlə, ölkəmizin ərazisində küləklərin sürətinin və istiqamətinin paylanmasına aid qanunauyğunluqlar var idi. Məsələn, Abşeronda şimal və qərb küləkləri hakim idi. Özü də güclü küləklər idi. Bəzi hallarda isə sürəti aşağı olurdu. Amma iqlim dəyişmələri nəticəsində bu küləklərin istiqaməti dəyişib”.

O bildirib ki, hazırda şimal-qərb küləkləri əvəzinə, şimal-şərq küləkləri üstünlük təşkil edir. Bu o deməkdir ki, regiona, Abşerona gələn rütubətli hava kütlələrinin miqdarında və kəmiyyətində dəyişmələr var:

“Belə hallar ağacların yarpaqlarının və ya özünün qurumasına gətirib çıxara bilər. Çünki iqlim dəyişmələri özləri ilə yanaşı, ətraf mühitdə böyük təzadlar, yəni ekstremal hallar yaradacaq. Ekstremal halların sayı getdikcə çoxalacaq və miqyası da böyüyəcək. Məsələn, belə demək mümkünsə, əgər əvvəl beş manatlıq ziyan vururdusa, ola bilsin ki, gələcəkdə 15 manat olsun.

Ona görə də bütün dünya dövlətləri buna qarşı mübarizə aparmağa çalışır. Axırıncı cəhdləri də 2016-ci ildə Paris İqlim Sazişi ilə nəticələnmişdi. Təəssüflər olsun ki, o zaman ABŞ sazişdən imtina etdi. İqlim dəyişmələrinin əsas səbəbini atmosferdə olan karbon qazının miqdarının artması ilə izah edirlər. Təbii ki, bu da istehsalla əlaqədardır. Dünya istehsalının 37 faizi isə ABŞ-ın payına düşür. Amma o da buna etiraz edir. Belə olduğu halda hansı tədbirlərdən danışmaq olar? Hesab edirəm ki, məsələ o qədər də ürək açan deyil. Getdikcə belə ekstremal halların sayı və diapazonu çoxalacaq”.

R.Məmmədov qeyd edib ki, yağıntının bir qədər də azalması quraqlığa və bunun nəticəsi kimi səhralaşmanın yayılmasına gətirib çıxara bilər:

“Qarşıda quraqlıq gözlənilir. 2000-ci ildə Helsinkidə “İqlim dəyişmələri və Yer kürəsinin su balansı” adlı beynəlxalq simpoziumda iştirak etmişdim. Həmin tədbirdə gəlinən nəticələrdən biri o idi ki, quraq ərazilərdə yağıntının miqdarı bir az da azalacaq. İndi Azərbaycan ərazisinin 60 faizə qədəri quraq ərazidir. Yəni yağıntının bir az da azalması burada quraqlığı və onun nəticəsi kimi səhralaşmanın yayılmasına gətirib çıxara bilər”.

Qeyd edək ki, son günlər ölkədə hava şəraitinin küləkli və dəyişkən keçməsi kənd təsərrüfatına ziyan vurur. Belə ki, bağlarda artıq indidən bir sıra ağaclar qurumağa başlayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fərid Əhmədov daha bir hakimə yüksək vəzifə verdi
Bakının 4 rayonunda qaz olmayacaq
Sian şəhərindən Bakıya yeni qatar marşrutu istifadəyə verildi

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı