Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16146
az

Ağlamaq ürək üçün çox faydalıdır – Tez-tez ağlayın

22:5725 İyul, 2019
1039
CƏMİYYƏT
  • A
Müntəzəm olaraq ağlamaq ürək üçün faydalıdır. Bunu Avstraliya universitetinin alimləri bildirib. Aölamaq ürək əzələ yığılmasının tezliyini stabilləşdirir, insanı sakitləşdirir, kədər və stres anında ürəyə düşən ağırlığı azaldır.

Oxu24.com medicina.az-a istinadən bildirir ki, elmi tədqiqatda 197 qadın iştirak edib. Onlar 17 dəqiqə kədərli və emosional videoya baxıblar. 17 nəfər bu filmə baxarkən ağlayıb, qalanları isə sakit qalıb.

Bundan sonra iştirakçılar fiziki stresə məruz qalınıb, onlar əllərini buzlu suya salıb, bir müddət saxlayıblar. Bu zaman tədqiqatçılar onların ürək ritmini ölçüb, tənəffüsünü yoxlayıb və ağız suyundan stress hormonu üçün analiz götürüblər.

Nəticələrdən məlum olub ki, əvvəl ağlayan qadınlarda tənəffüs və nəbz stabil olub, ürək yığılmasında problem yaşanmayıb. Digər ağlamayan qadınlarda isə fiziki stress daha ağır keçib. Amma stress hormonu kortizolun miqdarı hər iki qrupda eyni olub.

Alimlər belə qənaətə gəlib ki, ağlamaq, xüsusən ürəkdən ağlamaq insanın bioloji homeostazını saxlayır. Bunun nəticəsində daxili stabillik qorunur, ürək yığılmaları və təzyiq normada qalır.

Bir şərtlə ki, ağlamaq təbii və içdən olsun, qadın ağlamağından utanmasın. Ağlamaq istədiyiniz zaman ağlayın, bunu saxlamaq və tənbeh olunmaqdan qorxmaq sağlamlığa ziyandır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
TƏCİLİ! Ata və oğul həbs olundu