Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16142
az

Kişinin ailədəki 3 əsas vəzifəsi

21:3325 İyul, 2019
600
CƏMİYYƏT
  • A
İmam Sadiq (ə) buyurur: "Kişi ailədə ailəsinə qarşı üç sifətə riayət etməyə ehtiyaclıdır, baxmayaraq ki, təbiətində olmasa belə:

1. Xoş rəftar.

2. Ölçüsündə olan əliaçıqlıq.

3. Təmkinlə birlikdə olan qeyrət".

Onu da qeyd etmək lazımdır ki, xoş rəftar - insanın özünə geri qayıdar.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, müqəddəs dinimiz nəsillər arasında əlaqənin vacibliyinə diqqət çəkir.

İmam Sadiq (ə) buyurur: "Atalarınızla xoş rəftar edin ki, övladlarınız da sizinlə xoş rəftar etsin".

Bəs dinimiz nəzərində ən gözəl evlilik hansıdır?

Həzrət Peyğəmbər (s) buyurur: "Ən yaxşı evlilik odur ki, ən asan yerinə yetər".

Dinimizin nəzərində evlənməyən gənclərin oruc tutması məsləhətdir.

Həzrət Peyğəmbər (s) buyurur: "Ey cavanlar! Evlənin. Əgər evlənə bilməsəniz, oruc tutmağın sorağına gedin ki, oruc şəhvəti qurudar".

O zaman ki, Allah bir ailə üçün xeyir istəyər...

Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman Allah bir ailə üçün xeyir istəsə, onları dində bilikli edər. Kiçiklər böyüklərinə hörmət edərlər. Həyatları mehriban olar, ruzilərini xərcləyən zaman etidala riayət edərlər. Onları eyiblərindən agah edər ki, onları aradan qaldırsınlar".

Müqəddəs dinimiz xəbərdarlıq edir ki, ərini incidən qadının heç bir əməli qəbul olunmaz.

Həzrət Peyğəmbər (s) buyurur: "O qadın ki, ərini dili ilə incidər, Allah ondan heç bir malı və xeyir işi qəbul etməz, o zamana qədər ki, onu razı salar. Baxmayaraq ki, gündüzləri oruc tutar və gecələri ibadətlə məşğul olar, qul azad edər. Atəşə daxil olan ilk kəslərin zümrəsindən olar. Həmçinin kişilər üçün də eynidir, əgər xanımlarına zülm edirlərsə".

Bəs bir kişinin səadəti nədir?

İmam Səccad (ə) buyurur: "Kişinin səadəti odur ki, öz şəhərində ticarət edər, şərikləri və müştəriləri saleh və yaxşı insanlar olar. Həmçinin elə övladlara malik olar ki, ona yardım edərlər". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda bəzi ərazilərdə SU OLMAYACAQ
Düyüdə olan bakteriya kişinin cinsi orqanını "ZƏHƏRLƏDİ"
Bu qidalar şəkər xəstələrinə xeyirlidir

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Xoruz davaya səbəb oldu - 3 nəfər bıçaqlandı