“Bu il keçid balları 20-50 bal daha aşağı ola bilər”.
BAKU.WS-in xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.
O bildirib ki, bunu ümumi nəticələri təhlil edərkən demək mümkündür, çünki bu il 650 və daha artıq bal toplayan abituriyentlərin sayı 143 nəfər olub. Onun sözlərinə görə, ötən il 650 və daha artıq bal toplayan abituriyentlərin sayı 369 nəfər idi. 600 və daha artıq bal toplayan abituriyentlərin sayı isə bu il 554 olub, ötən il bu rəqəm 880 nəfər idi: "Eyni zamanda bu il 200 və artıq daha bal toplayan abituriyentlərin sayı 10524, 150 və daha artıq bal toplayan abituriyentlərin sayı 15101-dir. Ötən il isə 200 və artıq daha bal toplayan abituriyentlərin sayı 13169, 150 və daha artıq bal toplayan abituriyentlərin sayı isə 16649 nəfər olub”. Oxu24.com
ŞƏRHLƏR