Qaynar xətt:

(+99450) 247 90 86

Siqaretin böyük ziyanı məlum oldu

CƏMİYYƏT

1307

24.07.2019, 16:11

\"\" Alimlər siqaretin təbiətə vurduğu ziyanı tapıblar. Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, İngiltərə alimlərinin fikrinə görə təbiətə atılan siqaret külləri bitkilərin inkişafını ləngidir. İngiltərənin Kembric şəhərində hər kvadrat metr sahəsinə yüzə yaxın siqaret qalığı olan ərazidə tədqiqat aparılıb. Məlum olub ki, siqaret külləri yoncanın inkişafını 27%, digər otların isə 10% geri salır. Siqaretin külü ilə yanaşı filteri də zərərli hesab edilir. Alimlər bildiriblər ki, siqaret filterlərinin hazırlandığı maddə plastmasın hazırlanmasında da istifadə olunur və tüstünün neytrallaşdırılmasında rolu yoxdur. İstehsalı biznes mahiyyəti daşıyır.