Çətin işi həll etmək, öz ehtiyacını Allahdan istəmək üçün müxtəlif dualar və əməllər vardır. Dua kitablarında sırf bu məqsədlə oxunması məsləhət görülən, məsumlardan rəvayət edilən dualar mövcuddur.
Oxu24.com islam.az-a istinadən bildirir ki, bacaran həmin duaları oxuya bilər. Ümumilikdə isə, istəyin həyata keçməsi üçün niyyət edib 2 rükət namaz qılmaq, namazın qünutunda yaxud namazdan sonra ayətəl-kürsi oxumaq, Qədr surəsini tilavət etmək, Peyğəmbərə (s) və Əhli-beytinə (ə) çoxlu salavat söyləmək faydalıdır. Allahın bəzi adlarını, məsələn, "ya Fəttah", "ya Müğiys", "ya Kərim" adlarını zikr etmək, Həzrət Hatimeyi-Zəhranın (ə) təsbihatını yerinə yetirmək də məsləhətdir. Çətin işi həll etmək üçün ehtiyaclı olanlara maddi yardım göstərmək, sədəqə vermək, oruc tutmaq da fayda verər. Oxu24.com
ŞƏRHLƏR