Qaynar xətt:

(+99450) 247 90 86

24 yaşlı gənc əmisi oğlunu bıçaqladı: Saxlanılan var 

24 yaşlı gənc əmisi oğlunu bıçaqladı: Saxlanılan var 

KRİMİNAL

119

11.05.2026, 23:58

Goranboyda əmi oğlanları arasında yaranan mübahisə qanla bitib.

Oxu24.com  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarovlu kəndində qeydə alınıb.

 

Məlumata görə, kənd sakinləri - 2002-ci il təvəllüdlü K.Mürsəlli ilə əmisi oğlu, 1994-cü il təvəllüdlü Bayram Mürsəlli arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Münaqişə böyüyərək davaya çevrilib və nəticədə K.Mürsəlli əmisi oğluna bud nahiyəsindən bıçaq xəsarəti yetirib.

 

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona zəruri tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı K.Mürsəlli polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.