Qaynar xətt:

(+99450) 247 90 86

Həbsxanada dəhşətli yanğın başladı: Xeyli sayda yaralı var  

Həbsxanada dəhşətli yanğın başladı: Xeyli sayda yaralı var  

CƏMİYYƏT

75

11.05.2026, 19:21

Almaniyanın cənub-qərbindəki "Rohrbach" həbsxanasında baş verən yanğın nəticəsində doqquz nəfər xəsarət alıb.

Oxu24.com  xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Bildirilib ki, yanğın səhər saatlarında müəssisənin qadınlar olan bölməsində baş verib. Alov tez bir zamanda yayılıb və hər iki cinsdən olan məhbusların yaşadığı binanı qatı tüstü bürüyüb.

Qeyd olunur ki, yanğın zamanı dörd məhbus, eyni sayda həbsxana işçisi və bir yanğınsöndürən xəsarət alıblar.

Onlar təcili yerli tibb müəssisələrinə yerləşdiriliblər. Məhbuslardan birinin vəziyyəti ağır olub, o, helikopterlə başqa klinikaya təxliyə edilib.

Hadisənin qəsdən törədilməsi ehtimalı araşdırılır./Oxu.Az/