Zəhərli və lazımsız maddələri orqanizmdən necə xaric etməli?
09 May 2026, 01:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
163
09.05.2026, 00:21
9 may – Faşizm Üzərində Qələbə Günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz bu qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq və həm də doğma Azərbaycan torpağını qoruyublar.
Oxu24.com xəbər verir ki, müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünki nəsillər üçün daim örnək olaraq qalacaqdır. Azərbaycan xalqının İkinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir.
Həmçinin oxuyun
170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitməzdi. Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə demişdir: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur”.
Müharibənin ilk illərində faşist Almaniyası işğal etdiyi Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirmişdi. Lakin “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı altında bütün Sovet xalqlarını birləşdirdi. Bununla da düşmənin hücumları, nəinki dayandırıldı, faşistlər Moskva, Stalinqrad, Kursk və başqa döyüşlərdə ən ağır və sarsıdıcı məğlubiyyətə uğradı, 1945-ci ildə isə tamamilə məğlub edildi.
01:00 / 09 May 2026
29
00:48 / 09 May 2026
144
00:30 / 09 May 2026
167
00:00 / 09 May 2026
62
23:40 / 08 May 2026
63
23:25 / 08 May 2026
159
23:17 / 08 May 2026
196
22:47 / 08 May 2026
179
22:38 / 08 May 2026
75
22:28 / 08 May 2026
224
22:14 / 08 May 2026
97
22:13 / 08 May 2026
57
22:06 / 08 May 2026
61
21:59 / 08 May 2026
58
21:48 / 08 May 2026
1170
21:39 / 08 May 2026
229
21:29 / 08 May 2026
87
21:10 / 08 May 2026
188
20:52 / 08 May 2026
278
20:48 / 08 May 2026
127
20:36 / 08 May 2026
81
20:18 / 08 May 2026
89
20:07 / 08 May 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.