Qaynar xətt:

(+99450) 247 90 86

"WhatsApp"da nömrəni gizlətmək mümkün oldu

\"WhatsApp\"da nömrəni gizlətmək mümkün oldu

CƏMİYYƏT

185

01.05.2026, 23:39

“WhatsApp” tətbiqində bir sıra yeni dəyişikliklər tətbiq olunub.

 

Oxu24.com  xəbər verir ki, son yeniləmələrdə əsas diqqət məhz məxfilik, süni intellekt və istifadə rahatlığına yönəlib. Belə ki, artıq istifadəçilər telefon nömrəsini paylaşmadan “username” vasitəsilə əlaqə qura biləcəklər ki, bu da təhlükəsizliyi artırır.

 

Bundan əlavə, tətbiqə süni intellekt əsaslı cavab təklifləri və foto redaktə funksiyaları əlavə olunub. Bu yeniliklər istifadəçilərin mesajlaşmanı daha sürətli və rahat etməsinə imkan yaradır.

 

Yeni funksiyalar arasında eyni cihazda bir neçə hesabdan istifadə imkanı da yer alır. Bu xüsusilə iş və şəxsi hesabları ayırmaq istəyənlər üçün əlverişli hesab olunur.

 

Digər tərəfdən, tətbiq köhnə telefonlarla bağlı ciddi qərar verib. Məlumata görə, 2026-cı ilin sentyabrından etibarən Android 6-dan aşağı versiyalarda “WhatsApp” işləməyəcək.

 

Şirkət bu addımı yeni texnologiyaları tətbiq etmək və təhlükəsizliyi gücləndirmək məqsədilə atdığını açıqlayıb./mətbuat.az