Qaynar xətt:

(+99450) 247 90 86

Həftəsonuna çimərlik planı quranlara bəd xəbər: Külək olacaq

2019-07/1563615238_kulek1_1547530074.jpg

CƏMİYYƏT

746

20.07.2019, 15:00

\"\"  Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25, gündüz 30-35 dərəcə isti, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 50-60, gündüz 35-45 faiz olacaq. Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-26, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 14-18, gündüz 23-28 dərəcə isti olacaq.