"Belə sənədlər etibarlı deyil" — Ev almaq istəyənlərin nəzərinə
18 Aprel 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
262
18.04.2026, 22:25
İlahə Qismət qızı Abdullayeva Azərbaycan Bəstəkarlar İttifaqının Katibi vəzifəsinə təyin edilib.
Oxu24.com xəbər verir ki, İlahə Qismət qızı Abdullayeva 1993-cü ildə Bakı şəhərində anadan olub.
1999-cu ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində “Fortepiano”, “Muğam ifaçılığı” və “Bəstəkarlıq” ixtisasları üzrə təhsil alıb. 2010-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” ixtisası üzrə dahi bəstəkar Arif Məlikovun sinfində bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə başa vurub. Həmçinin ikinci ixtisas olaraq “simfonik orkestr dirijorluğu” üzrə təhsil alıb. Təhsil illərində “Qara Qarayev” təqaüdünə layiq görülüb.
2016-cı ildə “Gülnaz Abdullazadənin bəstəkarlıq fəaliyyətinin əsas xüsusiyyətləri” adlı monoqrafiyası çap olunub. 2017-ci ildən Bakı Musiqi Akademiyasının doktorantı kimi fəaliyyət göstərib. “Azərbaycanın Şamaxı Bölgəsinin Ənənəvi Musiqisi” mövzusunda dissertasiya işini 22 oktyabr 2025-ci ildə uğurla müdafiə edib.
Tədqiqat fəaliyyəti çərçivəsində Kipr, Türkiyə, Qətər və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda çıxış edib, çoxsaylı elmi məqalələrin müəllifidir.
Bəstəkar kimi əsərləri ABŞ, İtaliya, Qazaxıstan, Türkiyə, Rusiya, Estoniya, Almaniya, İsrail və Gürcüstan da daxil olmaqla bir sıra ölkələrin səhnələrində səsləndirilib. Müxtəlif dövlərdə yerli və beynəlxalq müsabiqələrin qalibi olmuşdur. O, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Novus Via Music Festival və digər nüfuzlu festivalların iştirakçısı olub.
Həmçinin oxuyun
Bəstəkar həmçinin “Dədə Qorqud” və “Dəmir yumruq” baletlərinin müəllifidir.
2014-cü ildən Bakı Musiqi Akademiyasının əməkdaşıdır.
2017-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilib. 2019-cu ildə qurumun “Gənclərlə iş” Şöbəsinin sədri təyin olunub, daha sonra idarə heyətinin üzvü seçilib. 2026-cı ilin aprel ayından etibarən isə Azərbaycan Bəstəkarlar İttifaqının Katibi vəzifəsini icra edir.NOCOMMENT.az
00:36 / 19 Aprel 2026
42
23:59 / 18 Aprel 2026
144
23:34 / 18 Aprel 2026
113
23:30 / 18 Aprel 2026
137
23:08 / 18 Aprel 2026
128
22:59 / 18 Aprel 2026
253
22:14 / 18 Aprel 2026
108
21:53 / 18 Aprel 2026
257
21:38 / 18 Aprel 2026
234
21:15 / 18 Aprel 2026
81
20:52 / 18 Aprel 2026
94
20:39 / 18 Aprel 2026
83
20:28 / 18 Aprel 2026
66
19:59 / 18 Aprel 2026
146
19:38 / 18 Aprel 2026
175
19:26 / 18 Aprel 2026
306
19:16 / 18 Aprel 2026
1035
18:59 / 18 Aprel 2026
163
18:49 / 18 Aprel 2026
75
18:36 / 18 Aprel 2026
96
18:25 / 18 Aprel 2026
104
18:16 / 18 Aprel 2026
124
18:08 / 18 Aprel 2026
2074
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.