Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı - VİDEO  

Azərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı - VİDEO  

CƏMİYYƏT

72

18.04.2026, 00:43

Alça bağlarında meyvə yığımına hazırlıq görülmür, çünki məhsul çox azdır. Fermerlər deyirlər ki, ötən illərdə hər ağacdan orta hesabla 50 kiloqram meyvə götürürdülərsə, bu mövsüm cəmi iki-üç kiloqram olar, ya olmaz.

Oxu24.com xəbər verir ki, fermerlər məhsuldarlığın aşağı düşməsinin səbəblərini belə izah edirlər:

“Bu il məhsuldarlıq çox zəif olub. Buna səbəb soyuq hava və yağışlardır. Alça mayalanmadı, arı olmadı. Bunların hamısı mayalanmaya təsir göstərdi”.

 Havanın yağıntılı keçməsi səbəbindən alça bağlarında xəstəlik də yayılıb. Nəticədə meyvələr elə vəziyyətə düşüb ki, onların bazara çıxarılması mümkün deyil.

Subsidiya da ala bilməyən fermerlər ciddi ziyana düşdüklərini qeyd edirlər:

"Əvvəllər bizə subsidiya verirdilər. Müəyyən miqdarda xərclərimizi ödəyirdi. Amma bir ildir ki, kəsilib. Həddindən artıq xərc çəkirik və onu geri qaytara bilmirik".

Mütəxəssislər belə vəziyyətdə ziyanın qarşılanması üçün fermerlərə bağların əvvəlcədən sığortalanmasını tövsiyə edirlər.