Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! "Sədərək" Ticarət Mərkəzində HADİSƏ

SON DƏQİQƏ! \\\"Sədərək\\\" Ticarət Mərkəzində HADİSƏ

CƏMİYYƏT

1180

17.07.2019, 14:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  \"Sədərək\" Ticarət Mərkəzində, Meyvəli bazarında kütləvi zəhərlənmə baş verib.
APA-nın məlumatına görə, bazarda 4 nəfər yumurtadan zəhərlənib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, təcili yardıma ilk çağırış saat 10.14-də daxil olub: \"Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Klinik Tibbi Mərkəzə (KTM) gətiriblər. Saat 10:52-də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası o 3 nəfəri də KTM-in yolxucu xəstəliklə şöbəsinə gətirib. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. KTM-dən verilən məlumata görə, xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırdır\".