Pensiya sistemində dəyişiklik gözlənilir – Yeni model belə olacaq
30 Sentyabr 2026, 10:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
672
13.04.2026, 18:41
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) kadr və struktur dəyişikliyi olub.
Oxu24.com xəbər verir ki, bununla bağlı agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Planlama, layihələndirmə və tikintiyə nəzarət şöbəsinin müdiri Xazin Hidayətov vəzifəsindən azad olunub. Sədrin digər əmri ilə o, agentliyin Peşə Təhsil Mərkəzinə Korporativ əlaqələr və tərbiyə işləri üzrə direktor müavini təyin edilib.
Planlama, layihələndirmə və tikintiyə nəzarət şöbəsinin müdiri vəzifəsinə isə Elnur Süleymanov təyinat alıb.
Yeni əmrlə İqtisadi zonalarda infrastruktura dəstək şöbəsinin müdiri həm də baş energetik vəzifəsini daşıyacaq.
Bundan əlavə, Katiblik, protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin əsasında Ümumi işlər şöbəsi yaradılıb. Eyni zamanda, İnformasiya texnologiyaları bölməsi İnformasiya texnologiyaları və elektron idarəetmə şöbəsinə çevrilib.
İndiyədək İnvestisiya və iqtisadi təhlil şöbəsinə rəhbərlik edən Aqşin İbişsoy yeni yaradılan Layihələrin təhlili və təsdiqedici sənədlərlə iş şöbəsinin müdiri təyin olunub.
Rezidentlərə dəstək şöbəsinin adı dəyişdirilib və onun müdiri Azər Qurbanov vəzifəsindən azad edilib. Yeni yaradılan Rezidentlərə dəstək və koordinasiya şöbəsinin müdiri vəzifəsinə isə Amir Məmmədov təyin edilib. O, indiyədək Strateji layihələr şöbəsinin müdiri vəzifəsində çalışıb./iqtisadiyyat.az/
10:20 / 30 Sentyabr 2026
2
10:10 / 30 Sentyabr 2026
32
10:00 / 30 Sentyabr 2026
176
09:55 / 30 Sentyabr 2026
38
09:55 / 30 Sentyabr 2026
41
09:50 / 30 Sentyabr 2026
56
09:28 / 30 Sentyabr 2026
42
09:25 / 30 Sentyabr 2026
44
09:20 / 30 Sentyabr 2026
48
09:15 / 30 Sentyabr 2026
64
09:15 / 30 Sentyabr 2026
51
09:10 / 30 Sentyabr 2026
50
08:51 / 30 Sentyabr 2026
51
08:48 / 30 Sentyabr 2026
2309
08:39 / 30 Sentyabr 2026
68
08:36 / 30 Sentyabr 2026
55
07:42 / 30 Sentyabr 2026
71
07:36 / 30 Sentyabr 2026
446
00:16 / 30 Sentyabr 2026
122
00:02 / 30 Sentyabr 2026
127
23:55 / 29 Sentyabr 2026
2671
23:47 / 29 Sentyabr 2026
91
23:43 / 29 Sentyabr 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.