Aslan Fətullayevin nəşi Azərbaycana gətirilib
12 Noyabr 2026, 13:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
8948
13.04.2026, 17:12
Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru,Heydər Əliyev Fondunun icraçı direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərovun doğum günüdür.
Oxu24.com xəbər verir ki, A.Ələkbərov 13 aprel 1977-ci ildə Samux rayonunda anadan olub.
O, 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
2004-cü ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib.
2013-cü ildə Fransanın "İncəsənət və ədəbiyyat ordeni" ilə təltif edilib.
21 fevral 2014-cü ildə Azərbaycan Avtomobil Federasiyasının prezidenti seçilib.
2014-cü ildə Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı — "Komandor xaç" ordeni ilə təltif edilib.
2014-cü ildə "Mehriban Əliyeva — xeyirxahlıq və ümid mücəssəməsi" adlı məqaləsi və "Mehriban" adlı kitabı çap edilib.
2017-ci ildə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub. Anar Ələkbərov Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır.
Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib.
6 may 2019 ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.
Prezident İlham Əliyevin 2019-cu il noyabrın 29-da imzaladığı sərəncamla Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun oğludur.
Oxu24.com kollektivi dəyərli Anar Ələkbərovu doğum günü münasibəti ilə təbrik edir,ona işlərində uğurlar arzu edir.
Hazırladı: Miri Məcidli
13:21 / 12 Noyabr 2026
1
13:20 / 12 Noyabr 2026
16
13:18 / 12 Noyabr 2026
11
13:16 / 12 Noyabr 2026
36
13:07 / 12 Noyabr 2026
147
13:04 / 12 Noyabr 2026
45
13:00 / 12 Noyabr 2026
48
12:40 / 12 Noyabr 2026
55
12:25 / 12 Noyabr 2026
92
12:05 / 12 Noyabr 2026
94
11:55 / 12 Noyabr 2026
99
11:50 / 12 Noyabr 2026
115
11:36 / 12 Noyabr 2026
90
11:35 / 12 Noyabr 2026
100
11:34 / 12 Noyabr 2026
149
11:31 / 12 Noyabr 2026
95
11:24 / 12 Noyabr 2026
436
11:21 / 12 Noyabr 2026
93
11:19 / 12 Noyabr 2026
211
11:05 / 12 Noyabr 2026
97
11:00 / 12 Noyabr 2026
103
10:45 / 12 Noyabr 2026
116
10:39 / 12 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.