AZAL təcili açıqlama yaydı
05 İyul 2026, 10:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
570
13.04.2026, 11:01
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Naxçıvanda tədbirlər keçirilib.
Dövlət Xidmətindən Oxu24.com-a verilən məlumata görə, əvvəlcə Dövlət Xidmətinin Naxçıvan şəhəri və Babək rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi təşkil edilib.
Qetd edilib ki, yolasalma mərasimində Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının idarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov, Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə kapitanı Vilayət Seyidov, həmçinin çağırışçı və valideynlər çıxış ediblər.
Sonra Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının nümunəvi nümayişi göstərilib. Rəsmi hissə bitdikdən sonra hərbi xidmətə yola düşən çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərini söz verib, hərbi hissələrə yola salınıblar.
Daha sonra Naxçıvan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda tədbir keçirilib. Görüşdə açılış nitqi ilə çıxış edən Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.
Mərasimdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov və Naxçıvan şəhər idarəsinin rəisi polkovnik-leytenant Sultan Zamanov gənclərə vətənpərvərlik hissi, qalib ölkənin əsgəri olmağın üstünlükləri, sağlam həyat, təhsil möhləti, qanunvericilik, rəqəmsallaşma və digər mühüm məsələlər barədə ətraflı məlumat veriblər.
Tədbirdə iştirak edən Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri də çıxış edərək öz təəssüratları ilə bölüşüblər. Rəsmi hissədən sonra konsert proqramı keçirilib.
Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.
10:22 / 05 İyul 2026
1527
00:08 / 05 İyul 2026
156
23:57 / 04 İyul 2026
157
23:37 / 04 İyul 2026
324
23:10 / 04 İyul 2026
310
22:47 / 04 İyul 2026
380
22:19 / 04 İyul 2026
234
22:10 / 04 İyul 2026
291
21:13 / 04 İyul 2026
189
20:57 / 04 İyul 2026
354
20:28 / 04 İyul 2026
262
20:11 / 04 İyul 2026
221
19:57 / 04 İyul 2026
171
19:50 / 04 İyul 2026
232
19:17 / 04 İyul 2026
238
19:01 / 04 İyul 2026
160
18:43 / 04 İyul 2026
207
18:29 / 04 İyul 2026
361
18:18 / 04 İyul 2026
155
18:02 / 04 İyul 2026
216
17:04 / 04 İyul 2026
474
16:37 / 04 İyul 2026
176
16:23 / 04 İyul 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.