Şəki şəhərində iki azyaşlı torpağın altında qalıb.
BAKU.WS xəbər verir ki, bu gün saat 17:00 radələrində şəhərin Gəncəli məhəlləsində əraziyə torpaq aparan “ZİL” markalı yük maşını idarə etmədən çıxaraq yolun kənarındakı hasara çırpılıb. Nəticədə yük maşınında olan torpaq ərazidə olan iki azyaşlının üstünə tökülüb.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR