Ceyhun Dadaşova yüksək vəzifə verildi - Foto
22 May 2026, 17:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
491
12.04.2026, 09:49
Bir dəfə Şıxəli Qurbanov həyat yoldaşı Xavər xanıma deyir: “Bilirəm məni öldürəcəklər, amma xalq elə həmin gün qatili parça-parça edib tikələrini qapımızın ağzına qoyacaq. Xalq qoymaz ki, qanım yerdə qalsın”
Oxu24.com xəbər verir ki,Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova isə atasının ölümü barədə belə deyirdi:
"Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. Novruz bayramı onu aradan götürmək üçün sadəcə səbəb idi. O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar".
Mənbə: Kulis. az. "Novruz Bayramına görə təqiblərə məruz qaldı... - Şıxəli Qurbanovu sianid turşusu ilə zəhərləmişdilər?" məqaləsindən
Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı və dramaturq Şıxəli Qurbanovun adı xalqımızın yaddaşında hər şeydən əvvəl milli mənliyin və qədim ənənələrin dirçəlişi ilə bağlıdır. Onun ən böyük "inqilabı" isə 1967-ci ildə, sovet rejiminin dini və milli bayramları qadağan etdiyi bir dövrdə Novruz bayramını xalqa geri qaytarması oldu.
Həmin dövrdə Azərbaycan KP MK-nın katibi vəzifəsində çalışan Şıxəli Qurbanov böyük bir risk alaraq bu bayramın "dini" deyil, "xalq bayramı" olduğunu sübut etmək üçün Moskvadan icazə almağa nail oldu. 1967-ci ilin martında Bakıda ilk dəfə rəsmi şəkildə "Bahar bayramı" adı altında möhtəşəm şənliklər keçirildi.
Qeyd edək ki, 1925-ci ildə Bakıda anadan olan Ş. Qurbanov həm də istedadlı bir qələm sahibi idi. Onun "Sənsiz" pyesi Azərbaycan dramaturgiyasının dəyərli nümunələrindən sayılır. O, həm elmi, həm də siyasi fəaliyyətində hər zaman Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin təəssübkeşi olub.
Təəssüf ki, Şıxəli Qurbanov bu böyük bayramdan qısa müddət sonra, 1967-ci ilin mayında qaranlıq qalan bir hadisə (stomatoloji müdaxilə zamanı zəhərlənmə) nəticəsində vəfat etdi.Şıxəli Qurbanovun ölümünə səbəb olan həkim Azərbaycanın mərhum diplomatı Vəfa Quluzadənin qayınatası olub.Əliağa Abbasqulu oğlu Əhmədov (21 aprel 1917, Bakı – 30 may 2005, Bakı) – stomatoloq, tibb elmləri doktoru (1968), professor (1969), Azәrbaycan SSR әmәkdar hәkimi (1983) vә әmәkdar elm xadimi olub. (1991)
Bir iynə ilə həyatını itirən Şıxəli Qurbanov illər keçsə də,unudulmur. Onun yandırdığı Novruz məşəli sönmədi və illər sonra müstəqil Azərbaycanın ən əziz dövlət bayramına çevrildi.
17:17 / 22 May 2026
1
17:16 / 22 May 2026
37
16:48 / 22 May 2026
41
16:46 / 22 May 2026
48
16:28 / 22 May 2026
57
16:11 / 22 May 2026
142
15:55 / 22 May 2026
193
15:47 / 22 May 2026
59
15:39 / 22 May 2026
63
15:28 / 22 May 2026
171
15:22 / 22 May 2026
101
15:21 / 22 May 2026
90
15:09 / 22 May 2026
67
14:57 / 22 May 2026
143
14:57 / 22 May 2026
82
14:48 / 22 May 2026
55
14:34 / 22 May 2026
81
14:13 / 22 May 2026
96
14:12 / 22 May 2026
67
14:09 / 22 May 2026
69
14:07 / 22 May 2026
71
14:06 / 22 May 2026
67
14:03 / 22 May 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.