Qaynar xətt:

(+99450) 247 90 86

Yüzlərlə heyvan sığınacaqdan çıxarıldı: “Bu qədər iti hara aparım?!” – VİDEO

Yüzlərlə heyvan sığınacaqdan çıxarıldı: “Bu qədər iti hara aparım?!” – VİDEO

CƏMİYYƏT

89

09.04.2026, 19:44

Zaqatalada fəaliyyət göstərən heyvan sığınacağının bağlanma təhlükəsi ilə üzləşməsi narahatlıq yaradıb.

Oxu24.com xəbər verir ki, sığınacağın sahibi Nizami Ramazanovun sözlərinə görə, illik 4000 manat icarə haqqı ödənilən ərazidə hazırda 400-ə yaxın it saxlanılır.

Heyvansevər Baku TV-yə vurğulayıb ki, burada, əsasən, Zaqatala və ətraf rayonlardan maşın vurmuş, güllələnmiş və müxtəlif səbəblərdən köməyə möhtac vəziyyətdə olan heyvanlar yerləşdirilir.

Bildirilib ki, ərazi sahibi torpağı daha yüksək qiymətə satışa çıxardığı üçün sığınacağın boşaldılması tələb olunub. Sığınacaq rəhbərliyi isə bu məbləği ödəmək imkanının olmadığını, həmçinin yüzlərlə itin köçürülməsi üçün alternativ ərazi tapılmadığını deyir.

Qeyd olunub ki, əgər yeni ərazi ayrılmasa, yüzlərlə itin birdən-birə buraxılması böyük təhlükə və fəlakətə səbəb ola bilər.

Sığınacaq sahibi aidiyyəti qurumlara, iş adamlarına və heyvansevər şəxslərə müraciət edərək dəstək istəyib.