Əhaliyə xəbərdarlıq!Sel,daşqın və qar gözlənilir
30 Sentyabr 2026, 19:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
559
03.04.2026, 15:00
Bakı Metropolitenində qatarların hərəkət qrafikinin optimallaşdırılması istiqamətində növbəti yenilik tətbiq edilib.
Oxu24.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Anar Zamanov deyib.
O bildirib ki, sərnişindaşıma ilə bağlı son statistik göstəricilər metropolitendə sərnişin sayının artdığını göstərir:
“Belə ki, fevral ayının statistik nəticələri son 5 ilin eyni dövrü ilə müqayisədə yüksək olub və bu artım intervalların azaldılması istiqamətində həyata keçirilən tədbirlərin sərnişin etimadını daha da gücləndirdiyini göstərir.
Qeyd edək ki, 2025-ci ilin aprel ayında pik saatlarda qatarların sayı saatda 32 cütə çatdırılaraq intervallar 1 dəqiqə 52 saniyəyədək azaldılmışdı. Sentyabrın 15-də bu göstərici saatda 34 cüt olmaqla, interval 1 dəqiqə 45 saniyəyə endirildi, dekabr ayında isə qatar cütlərinin sayı 35-ə çatdırıldı.
Texniki sistemlərdə həyata keçirilən yeniliklər və rəqəmsal idarəetmələrin imkanları sayəsində artıq cari ilin mart ayından günün pik vaxtlarında “28 May–Əhmədli” sahəsində hər iki istiqamətdə saatda 36 cüt qatar hərəkət edir”.
O qeyd edib ki, günorta saatlarında sərnişin axını nəzərə alınaraq, saat 12:30–14:30 və 16:00–17:00 aralıqlarında interval 30 saniyə azaldılaraq, “28 May–Əhmədli” sahəsində 2 dəqiqlik hərəkət qrafiki tətbiq olunur:
“Sərnişin axınının tənzimlənməsi məqsədilə, həmçinin gün ərzində səhər saat 08:00–09:00 aralığında “Koroğlu”, 13:00–14:00 aralığında “28 May”, “Gənclik” və “Elmlər Akademiyası”, 18:00–19:00 aralığında isə “Elmlər Akademiyası” və “28 May” stansiyalarına qədər xəttə sərnişinsiz qatarlar verilir.
Bir qatarın təxminən 1600 sərnişin tutumunu nəzərə alsaq, bu tədbir həmin vaxtlarda sərnişin sayının daha çox müşahidə olunduğu stansiyalarda sıxlığın tənzimlənməsinə müsbət təsir göstərir”.
19:26 / 30 Sentyabr 2026
45
19:26 / 30 Sentyabr 2026
27
19:23 / 30 Sentyabr 2026
25
19:21 / 30 Sentyabr 2026
30
19:15 / 30 Sentyabr 2026
32
19:12 / 30 Sentyabr 2026
32
19:01 / 30 Sentyabr 2026
52
18:53 / 30 Sentyabr 2026
54
18:45 / 30 Sentyabr 2026
63
18:29 / 30 Sentyabr 2026
55
18:14 / 30 Sentyabr 2026
78
18:06 / 30 Sentyabr 2026
65
17:49 / 30 Sentyabr 2026
68
17:29 / 30 Sentyabr 2026
85
17:15 / 30 Sentyabr 2026
77
17:06 / 30 Sentyabr 2026
83
17:04 / 30 Sentyabr 2026
1147
17:02 / 30 Sentyabr 2026
162
16:40 / 30 Sentyabr 2026
1025
16:20 / 30 Sentyabr 2026
66
16:13 / 30 Sentyabr 2026
71
15:55 / 30 Sentyabr 2026
72
15:46 / 30 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.