Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15672
az

Qida zəhərlənməsi ən çox nədən olur?- HƏKİM AÇIQLADI

14:2014 İyul, 2019
839
CƏMİYYƏT
  • A
Yay mövsümündə ən çox baş verən xəstəliklər sırasında qida zəhərlənmələri aparıcı yer tutur.

Oxu24.com xəbər verir ki, bu barədə Bakı şəhər Klinik Tibbi Mərkəzin infeksion qəbul şöbəsinin müdiri Mahir Rəhimov deyib: "Son iki ayda kliniki xəstəxananın qəbul şöbəsinə 44 xəstə müraciət edib. Onların daha çox hissəsi dönər yemək nəticəsində zəhərlənib. Say çoxluğuna görə sonrakı yerdə qarpızdan zəhərlənmə halları gəlir. Bu il çiyələkdən zəhərlənmə halları ilə əlaqədar hələlik müraciət daxil olmayıb. Tək-tək hallarda isə dondurmadan zəhərlənmə ilə əlaqədar da müraciətlər daxil olur".

Şöbə müdirinin dediyinə görə, qida zəhərlənmələri baş verəndə ürəkbulanma, qusma, başağrısı, hərarətin yüksəlməsi və ishal halları daha çox müşahidə olunur. Çox vaxt zəhərlənmə baş verən ilkin tibbi yardım ev şəraitində göstərilir. Ona görə də zəhərlənmə baş verəndə dərhal mədənin yuyulması vacibdir. Bu zaman zəhərlənən şəxsə adi qaynanmış ilıq su içirilir, bir müddət sonra xəstə onu qaytarır. Bundan sonra həkimə müraciət etmək lazımdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ bu ölkələrin məhsullarına tariflər tətbiq edə bilər: martın 1-dən...
210 hotel bir hadisənin güdazına getdi -YENİLƏNDİ
Bu yolda məhdudiyyət aradan qaldırıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi