Şahin İsmayılov, Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini, deputat.
Milli Məclisin ən gənc deputatı sosial şəbəkə hesabında AzTV ilə bağlı bəyanat yayıb.
"Bizim üçün artıq 6 aydır ki, Azərbaycan Televiziyası (AzTV) ardıcıl dəyişikliklər və yeni təqdimatlarla gündəm olub. Sanki illərdir unudulan AzTV ənənəsi yenidən özünə qayıdır.
Azərbaycan Televizyasında rəhbərliyin gənc və enerjili şəxsə tapşırılması elə dinamik dəyişikliklərdə özünü göstərdi.
Artıq mətbuat son 6 ayda daha çox AzTV-də baş verən yeniliyi, dəyişikliyi müzakirə edir. Şəxsən bir tamaşaçı kimi verilişlərin, o cümlədən "Xəbərlər” proqramının istər studiya görünüşü, istər təqdimatı, istərsə də aparıcı sərbstliyi baxımından yenilənməsi diqqətimizi dərhal çəkdi. Bundan başqa bədii, ictimai-siyasi verilişlərin, tok-şouların AzTV-yə dinamik qayıdışı auditoryanın ciddi şəkildə böyüməsi ilə nəticələnir. Xüsusilə də istər müzakirlərdə, istərsə də iştirakçı olaraq gənclərə diqqətin ayırılması təqdirlayiqdir. Bu, yeni nəslin AzTV-yə münasibətində bütün mənalarda müsbət çalar gətirir. "Rakurs”, "Planet” kimi proqramlar, "Təhsil üçbucağı" tok şousu, "Ağ qara", "Ləpirçi", "Uğur düsturu", "Nəsillərin debatı” "GəncSən", "Döyüşçü", "Vətənə xidmət edirəm" və sair kimi yeni verilişər, orada müzakirə olunan mövzular və dəvətlilərin müxtəlifliyi faktiki olaraq auditoriyanın marağına səbəb olub. AzTV indi gənclərin ciddi diqqitinə səbəb olur, hərbi vətənpərvərlik ruhunu gücləndirir.
Cənab Prezidentin məlum tövsiyəsinə uyğun olaraq verilişlərin səmərəliliyinn artırılması ilə bağlı Bədii Şuranın yaradılması və peşəkar fəaliyyəti də Azərbaycan Televizyasında nəticə etibarı ilə özünü göstərir.
Bundan başqa diqqətimizi çəkən məqam müzakirlərin və xəbərlərin təqdimatındakı dinamiklik, sərbəstlikdir ki, bu da daha çox da inkişaf etmiş ölkələrin televizyalarının standartlarına uyğunlaşmanın göstəricisidir. Bu yeni nəslin Azərbaycan Televiziyasına marağını bir neçə qat artırır. AzTV-də baş verənlər, aparılan kadr və struktur islahatları, peşəkar jurnalistlərin cəlb edilməsi, maliyyə şəffaflığı və sair AzTV-də güclü dəyişikliklərin getməsindən xəbər verir. Bir tamaşaçı kimi bütün bu müsbət dəyişiklikləri dəstəkləyir və bundan sonrakı fəaliyyətlərinə uğurlar arzulayıram".
Oxu24.com
ŞƏRHLƏR