Məktəbin direktor müavini vəfat etdi - FOTO
24 Mart 2026, 22:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
68
24.03.2026, 19:16
Ümumdünya Meteorologiya Təşkilatı bildirir ki, qlobal istiləşmə artıq ciddi nəticələr doğurur. Bu təsirlərdən biri də Arktikada buz örtüyünün rekord səviyyədə azalmasıdır.
Bəs Xəzər regionunda iqlim dəyişiklikləri necə hiss olunur və Azərbaycan üçün əsas risklər nələrdir?
Oxu24.com xəbər verir ki məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən ekoloq Zaur İmrani qeyd edib ki, iqlimin istiləşməsi yeni yaranmış hadisə deyil:
“Bu proses son 2–3 ilin deyil, daha uzun və dövri xarakter daşıyan bir dəyişiklikdir. İstiləşmə yalnız Antarktida buzlaqlarına deyil, eyni zamanda dağ buzlaqlarının sahəsinin azalmasına səbəb olur. Bu isə su ehtiyatlarının azalması ilə nəticələnir.”
Ekspertin sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, sahil xəttinin geri çəkilməsi və yeni ekoloji risk zonalarının yaranması da məhz qlobal istiləşmə ilə bağlıdır.
O əlavə edib ki, bu proseslər müəyyən qədər təbii dövrlərlə bağlı olsa da, antropogen təsirlər onların daha da sürətlənməsinə səbəb olur. Bu baxımdan beynəlxalq səviyyədə əməkdaşlıq və dövlətlərin iqlim öhdəliklərini yerinə yetirməsi vacibdir.
Digər ekoloq Cavid Hüseynov isə bildirib ki, Xəzər regionunda iqlim dəyişikliklərinin ən narahatedici təzahürlərindən biri son illərdə dəniz səviyyəsinin kəskin azalmasıdır.
Onun sözlərinə görə, artan buxarlanma və Xəzəri qidalandıran çayların, xüsusilə Volqa çayının hövzəsində yağıntıların azalması su balansını pozur. Bu isə sahil xəttinin geri çəkilməsinə, limanların fəaliyyətində çətinliklərə və gəmiçiliyin məhdudlaşmasına səbəb olur.
Ekspert qeyd edib ki, dənizin dayazlaşması onun daha tez qızmasına gətirib çıxarır. Bu isə suda oksigen səviyyəsini azaldır, duzluluq balansını pozur və biomüxtəlifliyə, xüsusilə Xəzər suitilərinə və balıq növlərinə mənfi təsir göstərir.
Eyni zamanda, regionda qeyri-sabit hava şəraiti, gözlənilməz fırtınalar və külək rejimində dəyişikliklər daha tez-tez müşahidə olunur. Azərbaycanın coğrafi mövqeyi onu iqlim dəyişikliklərinə qarşı həssas ölkələr sırasına daxil edir.
Həmçinin oxuyun
Cavid Hüseynov Azərbaycanın üzləşdiyi əsas iqlim risklərini belə sıralayıb:
Su qıtlığı: Kür və Araz çaylarının su ehtiyatlarının azalması həm kənd təsərrüfatı, həm də içməli su təminatı üçün təhlükə yaradır;
Kənd təsərrüfatına təsir: Quraqlıqlar, istilik dalğaları və torpaqların şoranlaşması məhsuldarlığı azaldır;
Təbii fəlakətlər: Güclü leysanlar nəticəsində sellər, daşqınlar və torpaq sürüşmələri artır;
İstilik dalğaları: Yüksək temperatur səhiyyə sisteminə əlavə yük yaradır və xroniki xəstəlikləri kəskinləşdirir;
Sahil infrastrukturu: Xəzərin səviyyəsinin düşməsi limanlar, neft-qaz obyektləri və turizm sahəsinə mənfi təsir edir;
Enerji istehlakı: Yay aylarında soyutma tələbatı enerji sisteminə əlavə yük yaradır;
İqlim miqrasiyası: Su çatışmazlığı və torpaqların yararsızlaşması kənddən şəhərə köçü sürətləndirə bilər.
Ekspert sonda qeyd edib ki, Azərbaycan bu riskləri azaltmaq üçün “yaşıl iqtisadiyyat”a keçid, damcı suvarma sistemlərinin tətbiqi, iqlimə davamlı bitki növlərinin seçilməsi və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi istiqamətində tədbirlər görür.
22:34 / 24 Mart 2026
15
22:28 / 24 Mart 2026
23
22:19 / 24 Mart 2026
29
22:09 / 24 Mart 2026
92
22:02 / 24 Mart 2026
50
21:46 / 24 Mart 2026
27
21:43 / 24 Mart 2026
46
21:33 / 24 Mart 2026
57
21:33 / 24 Mart 2026
46
21:31 / 24 Mart 2026
41
21:25 / 24 Mart 2026
45
21:19 / 24 Mart 2026
48
21:18 / 24 Mart 2026
245
21:12 / 24 Mart 2026
41
21:05 / 24 Mart 2026
45
21:02 / 24 Mart 2026
87
21:02 / 24 Mart 2026
49
20:52 / 24 Mart 2026
59
20:51 / 24 Mart 2026
39
20:41 / 24 Mart 2026
88
20:37 / 24 Mart 2026
561
20:32 / 24 Mart 2026
190
20:31 / 24 Mart 2026
52
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.