Üç bürc ilin son aylarında çox şanslı olacaq
07 Noyabr 2026, 01:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
910
18.03.2026, 14:48
17 Mart, 2026-cı il tarixində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib və Fondun prezidenti, professor xanım Aktotı Raimkulova ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin Türk dünyasının dahi memarı Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Sərəncamının icrası istiqamətində birgə tədbirlərin davam etdirilməsi müzakirə olunub.
Bu xüsusda, sözügedən əlamətdar tarixin qeyd olunması çərçivəsində hələ 2025-ci ilin 15 dekabr tarixində Fond və Azərbaycan Memarlar İttifaqı tərəfindən “Azərbaycan Memarlıq İrsinin Dühası: Əcəmi Naxçıvani – 900” adlı kitabın (Azərbaycan, rus, ingilis dillərində) çap olunması, onun təqdimatının Türk Mədəniyyəti və İrsi Fondu, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi, UNESCO yanında Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə Parisdə, UNESCO-nun Mənzil-qərargahında baş tutması, o cümlədən görkəmli memarın zəngin yaradıcılıq irsini əks etdirən sərginin təşkil olunması böyük uğur kimi qiymətləndirilib.
Sözügedən kitabın yaxın zamanda Azərbaycanda geniş ictimaiyyətə təqdim olunması barədə razılığa gəlinib.
Görüş zamanı zəngin Türk mədəni irsinin təbliğ edilməsi, qardaş Türk xalqları arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində birgə əməkdaşlıq imkanları, o cümlədən bu prosesdə mədəni diplomatiyanın xüsusi rolu ətrafında fikir mübadiləsi aparılıb.
00:23 / 07 Noyabr 2026
17
00:10 / 07 Noyabr 2026
82
00:06 / 07 Noyabr 2026
66
23:59 / 06 Noyabr 2026
191
23:42 / 06 Noyabr 2026
163
23:37 / 06 Noyabr 2026
106
23:32 / 06 Noyabr 2026
83
23:28 / 06 Noyabr 2026
132
23:21 / 06 Noyabr 2026
90
23:17 / 06 Noyabr 2026
85
23:11 / 06 Noyabr 2026
78
23:00 / 06 Noyabr 2026
90
22:55 / 06 Noyabr 2026
89
22:48 / 06 Noyabr 2026
483
22:42 / 06 Noyabr 2026
84
22:38 / 06 Noyabr 2026
217
22:32 / 06 Noyabr 2026
91
22:26 / 06 Noyabr 2026
90
22:16 / 06 Noyabr 2026
79
22:05 / 06 Noyabr 2026
619
22:01 / 06 Noyabr 2026
134
21:59 / 06 Noyabr 2026
198
21:54 / 06 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.