Üç bürc ilin son aylarında çox şanslı olacaq
07 Noyabr 2026, 01:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
650
16.03.2026, 14:09
Bakı şəhərində yerləşən Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın prezidenti, professor Aktotı Raimkulovanın Azərbaycan kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşü keçirilib.
Görüş zamanı Fondun prezidenti, professor Aktotı Raimkulova media nümayəndələrinə təşkilatın fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, əldə olunan nəticələr və qarşıdakı dövr üçün nəzərdə tutulan planlar barədə məlumat verib. O, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin geniş auditoriyaya çatdırılmasında kütləvi informasiya vasitələrinin mühüm rolunu vurğulayaraq qeyd edib ki, Fond türk dünyasının zəngin mədəniyyəti və irsinin beynəlxalq müstəvidə təbliğinə töhfə verən əsas beynəlxalq qurumlardan biridir. Onun sözlərinə görə, 2024–2025-ci illər ərzində Fond tərəfindən 135-dən çox kompleks layihə, tədbir və təşəbbüs həyata keçirilib.
Görüş zamanı Fondun tərkibinin genişləndiyi də diqqətə çatdırılıb. Bildirilib ki, 2025-ci ildə Özbəkistan Fonda tamhüquqlu üzv kimi qoşulub, Türkmənistan isə müşahidəçi statusu əldə edib.
Görüş çərçivəsində maddi mədəni irsin qorunmasına yönəlmiş layihələr də təqdim olunub. Bu layihələrə Qırğızıstanda Alıkul Osmonovun ev-muzeyinin bərpası, Azərbaycanın Füzuli rayonunda yerləşən Qoçəhmədli məscidinin bərpası, eləcə də Qazaxıstanda qədim Kulan şəhərciyinin muzeyləşdirilməsi daxildir. Bununla yanaşı, iştirakçılara türk dünyasının mədəni irsinin təbliğinə yönəlmiş nəşr layihələri və rəqəmsal təşəbbüslər barədə də məlumat verilib.
Sonda Fondun prezidenti media nümayəndələrinə təşkilatın fəaliyyətinə göstərdikləri diqqətə və informasiya dəstəyinə görə təşəkkürünü bildirib, medianın türk xalqlarının ortaq mədəni irsinin təbliğində etibarlı tərəfdaş olduğunu vurğulayıb.
Tədbir Fondun prezidenti tərəfindən media nümayəndələrinin şərəfinə təşkil olunan iftar süfrəsi ilə davam edib.
00:23 / 07 Noyabr 2026
17
00:10 / 07 Noyabr 2026
82
00:06 / 07 Noyabr 2026
66
23:59 / 06 Noyabr 2026
191
23:42 / 06 Noyabr 2026
163
23:37 / 06 Noyabr 2026
106
23:32 / 06 Noyabr 2026
83
23:28 / 06 Noyabr 2026
132
23:21 / 06 Noyabr 2026
90
23:17 / 06 Noyabr 2026
85
23:11 / 06 Noyabr 2026
78
23:00 / 06 Noyabr 2026
90
22:55 / 06 Noyabr 2026
89
22:48 / 06 Noyabr 2026
483
22:42 / 06 Noyabr 2026
84
22:38 / 06 Noyabr 2026
217
22:32 / 06 Noyabr 2026
91
22:26 / 06 Noyabr 2026
90
22:16 / 06 Noyabr 2026
79
22:05 / 06 Noyabr 2026
619
22:01 / 06 Noyabr 2026
134
21:59 / 06 Noyabr 2026
198
21:54 / 06 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.