Qaynar xətt:

(+99450) 247 90 86

Tovuzda mal bazarında silah arsenalı tapılıb - FOTO

Tovuzda mal bazarında silah arsenalı tapılıb - FOTO

CƏMİYYƏT

676

11.07.2019, 08:45

\"\"  Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən köhnə mal bazarında silah arsenalı aşkarlanıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən xəbərə görə, DİN-in “102” Xidməti-Zəng mərkəzi sistemindən yuxarıda adı çəkilən ərazidə mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsinin əməkdaşları əraziyə gələrək buraya baxış keçiriblər.
{banner_reklam1}
Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 16 ədəd əl qumbarası (8 ədəd RQD-5, 5 ədəd RQ-42, 2 ədəd F-1 və 1 ədəd M-75), 16 ədəd əl qumbarasının partladıcısı (15 ədəd UZRQM və 1 ədəd VBR M-75), 1 ədəd tank əleyhinə RKQ-3M əl qumbarası və 2 160 ədəd 5.45 mm-lik patron aşkar olunub.
Silah-sürsat zərərsizləşdirilmək üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.