Qaynar xətt:

(+99450) 247 90 86

Alimlərdən bölgəmiz üçün dəhşətli ZƏLZƏLƏ XƏBƏRDARLIĞI

Alimlərdən bölgəmiz üçün dəhşətli ZƏLZƏLƏ XƏBƏRDARLIĞI

CƏMİYYƏT

838

10.07.2019, 18:01

\"\" Almaniyalı alimlər Mərmərə dənizində güclü zəlzələnin baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Oxu24.com Redaktor.az-a istinadən məlumat verir ki, elm adamlarının sözlərinə görə, bölgədə tektonik gərginliyin olması belə deməyə əsas verir. Mərmərə bölgəsində mümkün yeraltı təkanın 7,1-7,4 bal gücündə olacağı güman edilir. \"Nature Communications\" nəşrində yayımlanan məqaləyə görə, almaniyalı alimlər iki il müddətində Mərmərə dənizinin 800 metr dərinliyində müşahidələr aparıb. Elm adamlarının fikrincə yeraltı təkanlar sunamiyə səbəb olmasa da, fəsadlar törədə bilər. Onlar sakinlər arasında həyəcan yaratmamaq üçün yeraltı təkanların vaxtı barədə proqnoz irəli sürməyib.